Teymur Rəcəbov "Çempionun Şahmat Turu" seriyasında 3-cü pillədəki məvqeyini saxlayıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

Teymur Rəcəbov "Çempionun Şahmat Turu" seriyasında 3-cü pillədəki məvqeyini saxlayıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

Teymur Rəcəbov "Çempionun Şahmat Turu" seriyasında 3-cü pillədəki məvqeyini saxlayıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Şahmat üzrə hazırki dünya çempionu Maqnus Karlsenin (Norveç) təşəbbüsü ilə onlayn formatda keçirilən "Çempionun Şahmat Turu" seriyasınən 7-ci mərhələ yarışə olan "Goldmoney Asian Rapid"dən sonra təşkilatçılar iştirakçıların turnir cədvəlindək məvqeleəni və eyni zamanda onların qazandıqları mükafatın məbləğini açıqlayıb. Qeyd edək ki, 7-ci turnirdə iştirak etməsinə baxmayaraq, Teymur Rəcəbov yenə də əvvəlki kimi 3-cü pillədə qalıb. Aktivində 133 xalı olan Rəcəbov həm də 103.968 dollar mükafat qazanıb. Teymurun 3-cü olduğu cədvəldə birinci yeri 291 xal və 185.370 dollarla Maqnus Karlsen tutur. Aktivində 207 xalı və 149.580 dollar mükafatı olan ABŞ təmsilçisi Uesli So isə ikincidir. Cəmi 3 mərhələ yarışında iştirak etməsinə rəğmən birini udub, birində isə üçüncü yeri tutan və 7-ci mərhələ yarışından öncə 21 xalla ilk onluğu tamamlayan Şəhriyar Məmmədyarov isə Top-10-u tərk edib. 21 xalla ilk onluğu tamamlayır. Bir məqamı da qrey edək ki, 6 mərhələ yarışında iştirak edən və 1 dəfə qalib olan Rəcəbov seriyanın sentyabrda San-Fransiskoda təşkil ediləcək final mərhələsində iştirak etmək hüququ qazanıb.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]