Xəzərdə güclü partlayış - Neft Şirkətindən açıqlama - VİDEO

Xəzərdə güclü partlayış - Neft Şirkətindən açıqlama - VİDEO

 Xəzərdə güclü partlayış - Neft Şirkətindən açıqlama - VİDEO 

 

 

 

"SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir".

 

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov özünün feysbuk hesabında bildirib.

 

"Ələt istəqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir. Partlayış "Ümid" yatağından 10-12 km aralıda olub. SOCAR-ın heç bir platformasında partlayış baş verməyib”, - deyə SOCAR sözçüsü bildirib.

Xəzər dənizində partlayış baş verib.

 

Modern.az xəbər verir ki, partlayışdan sonra dənizdə güclü yanğın başlayıb.

 

Görüntülər sosial şəbəkələrdə yayılıb.


Hadisə ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]