Həsrət Cəfərov Avropa çempionu olub Millimiz Avropa çempionatında dördüncü oldu - İNTİQAM təqdim edir (AZpress.AZ)

Həsrət Cəfərov Avropa çempionu olub Millimiz Avropa çempionatında dördüncü oldu - İNTİQAM təqdim edir (AZpress.AZ)

 GÜLƏŞ
--------------------------------------------------------------
Həsrət Cəfərov Avropa çempionu olub
Millimiz Avropa çempionatında dördüncü oldu


 


Almaniyanın Dortmund şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatı yunan-Romaçıların çıxışı ilə başa çatıb.Azərbaycan Güləş Federasiyasından (AGF) aldığımız məlumata görə, qitə birinciliyinin son 3 günündə çıxış edən yunan-Roma güləşçilərimiz biri qızıl, biri gümüş və ikisi bürünc əyarlı olmaqla 4 medal qazanııblar. Həsrət Cəfərov (67 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adına layiq görülüb. 63 kq-da güləşən Qurban Qurbanov yalnız həlledici finalda büdrəyərək gümüş, Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (72 kq) isə bürünc medal qazanıb.Bununla da Avropa çempionatına 9 idmançıyla qatılan yığmamız komanda hesabında 99 xal toplayıb ki, bu da yığmamıza Avropa çempionatında 4-cü yeri tutmaq imkanı verib. Qeyd edək ki, komandamız 3-cü pillədə qərarlaşan Türkiyədən cəmi 1 xal geri qalıb. Gürcüstan (154) birinci, Rusiya (118) isə ikinci yeri tutub. Xatırladaq ki, yunan-Romaçılarımızdan öncə sərbəst güləşçilərimiz analoji yarışda 3-ü qızıl, 1-i gümüş əyarlı olmaqla 4 medal qazanmışdılar. Bu isə komandamızı Avropada 3-cü etmişdi. Sərbəst güləşçilərdən qızılları Kənan Heybətov (61 kq), Turan Bayramov (70 kq) və Cəbrayıl Hacıyev (74 kq) əldə etmişdi. 125 kq-da döşək üzərinə çıxan Aydın Əhədov isə gümüş medal qazanıb.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]