Qadın voleybol yığmamızın AÇ-2021-ə hazırlığı davam edir - İNTİQAM təqdim edir (AZpress.AZ)

Qadın voleybol yığmamızın AÇ-2021-ə hazırlığı davam edir - İNTİQAM təqdim edir (AZpress.AZ)

Qadın voleybol yığmamızın AÇ-2021-ə hazırlığı davam edir- İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Xəbər verdiyimiz kimi, Azərbaycanın qadın voleybolçulardan ibarət yığması qarşıdakı Avropa çempionatına hazırlıq prosesini Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində davam edir. Qeyd edək ki, iyunun 28-dən etibarən baş məşqçisi Vüqar Əliyev, məşqçilər Eldar Yusubov, Famil Ağayev və Emin Əbilovun rəhbərliyi altında keçirilən və 15 oyunçunun qatıldığı toplanış iyulun 11-də başa çatacaq. Bu arada bəlli olub ki, yığmamız Mingəçevir toplantısını bitirəndən sonra AÇ öncəsi sınaq xarakterli bir neçə oyun keçirməyi də planlaşdırıb. İlk olaraq, yığmamız iyulun 14-də Bakıda İran millisi ilə yoxlama matçına çıxacaq. Daha sonra isə Belarus və Macarıstan komandası Bakıya gələcək. Yeri gəlmişkən, Azərbaycan da daxil olmaqla, avqustun 18-dən sentyabrın 4-dək keçirilməsi nəzərdə tutulan Avropa çempionatının final mərhələsində 24 komanda, 4 qrupda mübarizə aparacaq. Oyunlar 4 ölkədə – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiyada keçiriləcək. A qrupunda yer alan yığmamızın rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya-Herseqovina yığmaları olacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]