Polimer Materialları İnstitutu ilə UFAZ arasında əməkdaşlıq imkanları müzakirə olunub +FOTO=4

Polimer Materialları İnstitutu ilə UFAZ arasında əməkdaşlıq imkanları müzakirə olunub +FOTO=4

Polimer Materialları İnstitutu ilə UFAZ arasında əməkdaşlıq imkanları müzakirə olunub +FOTO=4

 

AMEA-nın Polimer Materialları İnstitutunda (PMİ) Azərbaycan-Fransız Universitetinin (UFAZ) nümayəndələri ilə görüş keçirilib. Görüşdə Polimer Materialları İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov, baş mühəndis kimya üzrə fəlsəfə doktoru, dosent Tahir Alxazov, “Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı” laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov və UFAZ-ın Tədqiqat Şöbəsinin müdiri Filip Türek, Kimya mühəndisliyi üzrə diplom meneceri Christophe Serra, Təhsil Şöbəsinin rəhbəri Lətifə Nəsibova və baş katib Elizaveta Bydanova iştirak ediblər.
Görüşdə UFAZ-ın Kimya Mühəndisliyi magistratura proqramında təhsil alan tələbələrinin PMİ-də təcrübə imkanları müzakirə olunub. PMİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov rəhbərlik etdiyi institutun ali məktəblərlərlə, o cümlədən UFAZ-la əməkdaşlığının möhkəmləndirilməsinin əhəmiyyətindən danışıb, institutda tələbələrin universitetdə əldə etdikləri biliklərini elmi tədqiqatlarla əlaqələndirmələri üçün hər cür şəraitin olduğunu bildirib. UFAZ-ın əməkdaşları da öz növbələrində PMİ ilə birgə elmi-tədqiqat işləri və informasiya mübadiləsinin aparılması, tələbələrin elmi işə cəlb olunmaları və onlarda praktiki vərdişlərin formalaşdırılması istiqamətində gələcək perspektivlərdən söz açıblar.


 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]