Yarımfinala kimlər gedə biləcək? Üçqat Avropa çempionu İspaniya İsveçrəni sınağa çəkəcək - İNTİQAM təqdim edir (AZpress.AZ)

Yarımfinala kimlər gedə biləcək? Üçqat Avropa çempionu İspaniya İsveçrəni sınağa çəkəcək - İNTİQAM təqdim edir (AZpress.AZ)

Yarımfinala kimlər gedə biləcək? Üçqat Avropa çempionu İspaniya İsveçrəni sınağa çəkəcək - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Ötən ayın 11-dən startı verilən futbol üzrə Avropa çempionatında (EURO-2020) bu gün 1\4 final mərhələnin oyunlarına start veriləcək. Bu mərhələnin ilk oyunu Sankt-Peterburqdakı (Rusiya) "Qazprom-Arena"da olacaq. Saat 20:0-da fiti çalınacaq həmin oyunda İsveçrə ilə 3 qat Avropa çempionu adını daşıyan İspaniya qarşılaşacaq. Oyunun taleyi ingəltərəli referi Maykl Oliverə tapşırılıb. Günün və mərhələnin ikinci oyunu Münhen (Almaniya) şəhərindəki "Alyants Arena"da baş tutacaq. Burada üçqat dünya və bir dəfə isə Avropa çempionu olmuş İtaliya millisi AÇ-1980-nin vitse-çempionu Belçikanı sınağa çəkəcək. Saat 23:00-da başlanacaq oyunun baş hakimi sloveniyalı referi Slavko Vinçiç olacaq. Bu cütlərin qalibləri yarımfinalda üzləşəcəklər.
Sabah isə 1\4 finalın daha iki qarşılaşması olacaq. Saat 20:00-da paytaxt Bakıdakı Olimpiya stadionunda Çexiya ilə Danimarka münasibətlərə aydınlıq gətirməyə çalışacaq. Gecə saat 23:00-da isə Ukrayna millisi İngiltərəylə qarşılaşacaq. Bu oyunun favoritibritaniyalılar sayılsalar da, İsveçlə oyunda (1\8-də) dramatik oyun nümayiş etdirməklə qalib gələn Ukrayna komandası sürpiriz edərək EURO-2020-nin sensasiyasını yarada bilər. Gəlin tələsməyək. Hər sey sabah baş tutacaq 90 dəqiqəlik mübarizədən sonra bəlli olacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]