Azərbaycan alimi yüksək impakt faktorlu jurnalda xarici həmmüəlliflərlə birgə məqalə dərc edib

Azərbaycan alimi yüksək impakt faktorlu jurnalda xarici həmmüəlliflərlə birgə məqalə dərc edib

Azərbaycan alimi yüksək impakt faktorlu jurnalda xarici həmmüəlliflərlə birgə məqalə dərc edib 

 

AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadənin beynəlxalq əməkdaşlıq çərçivəsində müxtəlif ölkələrin (Çin, ABŞ, Gürcüstan) həmmüəllifləri ilə birgə “Fitokimya” jurnalında “Krestiazidlər C-G, Cruciata articulata (Buğumlu krusiata) bitkisindən alınmış monotropenoid qlikozidlər “Cruciasides C-G, Monoterpenoid Glycosides from Cruciata articulata” adlı məqaləsi “Fitokimya” jurnalında Elsevier nəşriyyatında dərc olunub. (PHYTOCHEM-D-21-00220, İmpakt faktoru 3, 044). Məqalə Azərbaycanın Lerik rayonunda 1402 m hündürlükdən yığılmış Rubiaceae faciləsinə aid ot bitkisindən ayrılmış və təsviri olmayan beş monotropenoid glykosidlərin ayrılması və strutrukturun təsvirinin aydınlaşdırılmasına həsr edilib. Yeni birləşmələrin strukturunu müəyyən etmək üçün geniş spektroskopik təhlil, xüsusilə 2D NMR istifadə edilmişdir. Bundan əlavə, bu sinif birləşmələrinin ayrılması üçün molekyular şəbəkə istifadə edilmişdir, zülalların identifikasiyasının (MS-MS) ətraflı təhlili isə bir neçə ikinci dərəcəli komponent üçün strukturlarını təklif etməyə imkan yaradmışdır. Bu məlumatlar yaxınlarda təsvir olunan növün fitokimyəvi analizi haqqında ilk hesabatdır. Bütün ayrılmış birləşmələr sitotoksik, antimikrob və anti-inflamatuar aktivliyi Çin Xalq Respublikasının əczaçılıq elm və texnologiya məktəbinin analitik mərkəzində təsdiq edilmişdir. Qeyd etməliyik ki, məqalə ScienceDirect saytında mövcuddur, burada onu dünyanın 15 milyondan çox tədqiqatçısı oxuya bilər.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]