Saatlı rayonu Ö.F. Nemanzadə adına məktəbinin kollektivindən nümunəvi addım - FOTO

Saatlı rayonu Ö.F. Nemanzadə adına məktəbinin kollektivindən nümunəvi addım - FOTO

Saatlı rayonu  Ömər Faiq Nemanzadə adına Günəşli kənd Ümumi orta məktəbinin direktor müavini, Azərbaycanda yaşayan Axısxa Türkləri "Vətən" İctimai Birliyi  İdarə Heyətinin üzvü Kərəm Qoçiyev və məktəbin gənc pedaqoqu Əfqanə Qurbanova  26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibəti ilə bir qrup şagirdlə paytaxt Bakının qonağı oldular. Məktəb kollektivi ilk öncə əslən Axısxa Türkü olan, Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun qəbrini ziyarət edib, həm 1-ci Qarabağ müharibəsində, həmdə Vətən Müharibəsində şəhid olan igidlərimizin ruhuna dualar etdilər. Kərəm müəllim İsgəndər bəyin həyatı, keçdiyi döyüş yolu haqqında şagirdlərə geniş məlumat verərək, onun döyüş meydanındakı sücayəti  bir çoxlarına örnək olduğunu bildirdi. Daha sonra qonaqlar Türk Şəhidliyini ziyarət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Türk şəhidlərin xatirəsi yad edərək, ruhlarına dualar etdilər. Axısxa Türklərinin Vətən Cəmiyyətinin Başqanı İsmayıl Rəhimovdan aldığımız məlumata görə bu kimi ziyarətlər  artıq ənənə halını almış və bu cür tədbirlərin uşaqların milli ruhda böyüməsinə zəmin yaratdığını bildirdi. Qeyd edək ki, Azərbaycanda yaşayan Axısxa Türklərindən 1-ci Qarabağ müharibəsində 84, Vətən müharibəsində 8 şəhid vermişdir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]