ADPU tələbələri birinci yerə layiq görülüb - FOTO

ADPU tələbələri birinci yerə layiq görülüb - FOTO

İyunun 23-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (AR GİN) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) “Tələbə Baharı” XV Ümumrespublika Tələbə Yaradıcılıq Festivalının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.


Mərasimdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, ADBTİA-nın rektoru Fuad Hacıyev, millət vəkilləri Müşfiq Cəfərov və Vüsal İsgəndərov, ATGTİ-nin sədri Pərviz Mirələmli iştirak ediblər.


Mərasim zamanı Azərbaycan Dövlət Pedaqoji Universitetinin III kurs tələbələri Məxfirət Hüseynova və Məhəmməd Səmədov müvafiq olaraq bəstəkar mahnıları və xalq mahnıları kateqoriyası üzrə birinci yerə layiq görülmüşlər.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]