Bakı və İzmirin təhsil işçiləri arasında növbəti onlayn görüş - FOTO

Bakı və İzmirin təhsil işçiləri arasında növbəti onlayn görüş - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və İzmir Təhsil İdarəsinin rəhbərliyi arasında növbəti  onlayn görüş keçirilib.

 

 

Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İzmir Təhsil İdarəsinin rəisi Ömer Yahşi, BŞTİ-nin və İzmir Təhsil İdarəsinin struktur bölmə rəhbərləri, məktəb direktorları iştirak ediblər.


Onlayn görüşün əsas məqsədi qardaş ölkə olan Türkiyə ilə ümumi təhsil sahəsində əlaqələri genişləndirmək və qarşılıqlı əməkdaşlıq çərçivəsində Bakı şəhəri ilə İzmir şəhərinin ümumi təhsil müəssisələri arasında münasibətləri daha da inkişaf etdirməkdən ibarətdir.


BŞTİ-nin müdiri Mehriban Vəliyeva Azərbaycan və Türkiyə arasındakı dostluq əlaqələrinin  ciddi əsaslara malik olduğunu söyləyib. Ulu öndər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" müdrik kəlamının bu gün də hər iki dövlətin vətəndaşları üçün örnək olduğunu deyən İdarə müdiri tarixi köklərə və qardaşlığa söykənən Azərbaycan-Türkiyə arasındakı əlaqələrin eyni zamanda təhsil sahəsində də uğurla davam etdirildiyini bildirib.


İdarə müdiri səmərəli təcrübə mübadiləsi çərçivəsində ümumi təhsilin inkişafına dair belə görüşlərin davamlı təşkilinin zəruriliyindən bəhs edərək tezliklə İzmir Təhsil İdarəsinin əməkdaşlarının Bakı məktəblərinə səfərinin təşkil olunacağını nəzərə çatdırıb.


İzmir Təhsil İdarəsinin rəisi Ömer Yahşi dostluq və qardaşlıq üzərində qurulan dövlətlərarası münasibətlərdən bəhs edib.  Bildirib ki, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də ölkələrimiz arasında əlaqələr daim inkişaf edir. Təhsil sahəsindəki əməkdaşlıqdan məmnun olduğunu bildirən Ö.Yahşı təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını  diqqətə çatdırıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]