ADPU-nun 100 illik yubileyi münasibəti ilə SDU-da onlayn elmi-praktik konfrans keçirilib - FOTO

ADPU-nun 100 illik yubileyi münasibəti ilə SDU-da onlayn elmi-praktik konfrans keçirilib - FOTO

İyunun 24-də Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanda elmin və təhsilin inkişafında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rolu” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.


Giriş sözü ilə çıxış edən SDU-nun rektoru, professor Elxan Hüseynov  Pedaqoji Universitetin ölkəmizin elm və təhsil tarixində, pedaqoji fikrin inkişafında olduqca önəmli rola sahib olduğunu vurğulayaraq bu gün bu ali təhsil müəssisəsinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinin əhəmiyyətindən söz açaraq ADPU kollektivini təbrik edib.


ADPU-nun rektoru, professor Cəfər Cəfərov göstərilən diqqətə görə minnətdarlığını bildirərək universitetin fəaliyyəti ərzində ölkəmizin adını yüksəklərə qaldıran onlarla tanınmış alimlər və şəxsiyyətlər yetişdirdiyini və bir çox pedaqoji-medotoloji elmlərin əsasının Azərbaycanda məhz burada qoyulduğunu və inkişaf etdiyini, universitetdə bu gün də müasir təhsil trendlərinə uyğun qabaqcıl müəllim hazırlığı sahəsində ciddi tədbirlərin icra olunduğunu vurğulayıb.


Daha sonra SDU-nun Filologiya fakültəsinin dekanı, dosent, ADPU-nun məzunu Sevinc Həmzəyevanın “Azərbaycanda elmin və təhsilin inkişafında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rolu” və ADPU-nun professoru, Universitet Ağsaqqallar  Şurasının sədri  Məlikməmməd Cəbrayılovun “Azərbaycanın ictimai-siyasi və mədəni həyatında  Azərbaycan Dövlət Pedaqoji Universitetinin rolu” mövzularında məruzələri dinlənilib.


ADPU-nun məzunu olan SDU-nun dosentləri Cavid Məmiyev, Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri Xalidə Həsənova və Pedaqogika və psixologiya kafedrasının müdiri Aytəkin Məmmədova çıxış edərək öz təəssüratlarını bölüşüb, Pedaqoji Universitetin müasir təhsil islahatlarının həyata keçirilməsindəki rolundan danışıblar.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]