Tokio-2020-də bayraqdarımız Rüstəm Orucov olacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)

Tokio-2020-də bayraqdarımız Rüstəm Orucov olacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)

Tokio-2020-də bayraqdarımız Rüstəm Orucov olacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İyulun 23-də Yaponiyanın paytaxtı Tokioda 4 illiyin zirvə yarışı olan və sayca 32-ci dəfə keçirilməsi planlaşdırılan Yay Olimpiya Oyunlarına start veriləcək. Milli Olimpiya Komitəsindən verilən məlumata görə, idmançılarımız indiyədək 38 lisenziya qazanıblar. Qazanılan lisenziyalar ölkəmizə Olimpiadanın proqramına daxil olan idman növlərindən 14-də təmsil olunmaq imkanı verəcək. Lsenziyaların çoxu cüdoçuların payına düşür. Bu növdə olkəmiz 2-si qadın olmaqla 9 tatami ustası ilə təmsil olunacaq.

 

Digər növlərdə qazanılan lisenziyalara gəlincə vəziyyət belədir:

- Güləş - 7 (3 sərbəst, 2 qadın və 2 Yunan-Roma güləşi);
- Boks - 5;
- Karate - 3;
- Yüngül atletika - 2;
- Bədii gimnastika - 2 (1 fərdi + 5 nəfər qrup komanda);
- İOdman gimnastikası - 2;
- Taekvondo -2;
- Atıcılıq - 1 (güllə);
- üzgüçülük - 1;
- Velosiped - 1;
- Qılıncoynatma - 1 (sablya);
- Badminton - 1;
- Triatlon -1.

 

Bu arada MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Tokio-2020-də Olimpiya yığmamızın bayraqdarının adını açıqlayıb. Məlum olub ki, Olimpiadanın açılış mərasiminda təşkil edilən paradda Azərbaycan bayrağını tanınmış cüdoçumuz - Rio-2016-nın finalçısı olmuş Rüstəm Orucov (73 kq) daşıyacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]