Azərbaycanı Tokio-2020-də təmsil edəcək cüdoçuların adları rəsmi olaraq açıqlanıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycanı Tokio-2020-də təmsil edəcək cüdoçuların adları rəsmi olaraq açıqlanıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycanı Tokio-2020-də təmsil edəcək cüdoçuların adları rəsmi olaraq açıqlanıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İyulun 6-dan 13-dək Rumıniyanın paytaxtı Buxarestdə kişi və qadın cüdoçular arasında keçirilən dünya çempionatı İJF-nin (Beynəlxalq Cüdo Federasiyası) təqvimində Olimpiya təsnifatlı son turnir oldu. Bu mundialdan sonra dünyanın ali cüdo qrumu həm kişi, həm də qadınların (hərəsində 7 çəki dərəcəsi) Olimpiya öncəsi yeni reytinq cədvəlini elan etdi. Əslində qurum bununla Tokio-2020-yə lisenziya qazanan tatmi ustalarına öz rəsmi mesajını atdı. Əvvəlcədən düşündüyümüz kimi, cüdoçularımızın reytinq göstəricisinə əsasən Azərbaycanın kişi komandası Olimpiadaya tam heyətlə getmək imkanı qazandı. Zərif cinsdən olanlarımız isə bu qədər fəal ola bilmədi. Qadın komandamızın yalnız iki üzvü bu şərəfə nail oldu ki, onlardan da biri reytinqdə lider olduğu, digəri isə İJF tərəfindən verilən valyd kart aldığı üçün sevinib. Bununla da ölkəmiz Tokio Olimpiadasında 7-si kişi olmaqla, 9 cüdoçu ilə təmsil olunacaq. Kişilərin yarışında Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmədəli Mehdiyev (90 kq), Zəlim Kotsayev (10 kq) və ən ağırımız olan Uşanqi Kokuari (+10 kq), qadınlar arasında isə vayld kartlı Ayişə Qurbanlı (48 kq) və öz çəkisində reytinq uçüncüsü olan İrina Kindzerska (+78 kq) tatamiyə çıxacaq. Xatırladaq ki, XXXII Yay Olimpiya Oyunlarında cüdoçuların yarışı iyulun 25-dən avqustun 1-nə qədər Nippon Arenada keçiriləcək.

 

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]