"Əl-Cəzirə" Media İnstitutunun nümayəndə heyəti BDU-da olub - FOTO

"Əl-Cəzirə" Media İnstitutunun nümayəndə heyəti BDU-da olub - FOTO

Bu gün "Əl-Cəzirə" Media İnstitutunun nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
 

Görüşdə BDU-nun rektoru Elçin Babayev, Elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov , Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov, Şərqşünaslıq fakültəsinin professor-müəllim heyəti, "Əl-Cəzirə" Media İnstitutunun nümayəndə heyəti və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin əməkdaşları iştirak edib.
 

Qonaqlar Universitetin BDU TV studiyasının və Elmi kitabxananın fəaliyyəti ilə tanış olublar.
 

BDU-nun rektoru Elçin Babayev qonaqları salamlayaraq Azərbaycanın iqtisadi, siyasi, hərbi baxımdan regionda ən güclü dövlət olması və ölkəmizdə hal-hazırda həyata keçirilən quruculuq işləri barədə onlara məlumat verib. Rektor beynəlxalq aləmdə də ölkəmizin nüfuzunun günbəgün çoxaldığını, Azərbaycanın imicinə zərbə vurmaq istəyən düşmən qüvvələrin səylərinə baxmayaraq, ölkəmizin beynəlxalq institut və təşkilatların reytinq cədvəllərində yüksək pillələrdə yer aldığını qeyd edib. Bundan əlavə rektor Elçin Babayev BDU-nun hər il dünyanın müxtəlif ali təhsil ocaqları ilə tələbə-müəllim mübadiləsinin gerçəkləşdirdiyinə diqqət çəkib.
 

Daha sonra "Əl-Cəzirə" Media İnstitutunun media meneceri Montaser Mara İnstitutun formalaşması, onun televiziya məkanında yeri və rolu, bugünkü vəziyyəti, yenilikləri ilə bağlı iştirakçılara məlumat verib. Birgə layihə və proqramlardan bəsh edib, əməkdaşlığın gələcək perspektivləri barədə fikirlərini bölüşüb.
 

BDU haqqında videoçarxın nümayişindən sonra Şərqşünaslıq fakültəsinin Ərəb filologiiya kedrasının müdiri vəzifəsini icra edən Vüqar Qaradağlı, kaferdranın professoru Aida Qasımova və müəllimi Kəmalə Musayeva ərəbşünaslıq üzrə tədrisə və elmi araşdırmalara dair təqdimatla çıxış ediblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]