COVİD-19-un təhlükəli ştamı ilə bağlı ÜST-dən XƏBƏRDARLIQ

COVİD-19-un təhlükəli ştamı ilə bağlı ÜST-dən XƏBƏRDARLIQ

COVİD-19-un təhlükəli ştamı ilə bağlı ÜST-dən XƏBƏRDARLIQ

 

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun Hindistan ştamının delta variantının COVID-19-un fərqli ştamları arasında ən ölümcül olduğunu elan edib.

AstraZeneca vaksinini hazırlayan Oksford Universiteti onun Hindistan ştamının delta və kappa variantlarına qarşı effektiv olduğunu söyləyib.

 

Təcrübələr zamanı AstraZeneca-nın koronavirusun Hindistan ştamının hər iki varinatını neytrallaşdırdığı müəyyən edilib. Neytrallaşma COVID-19-un alfa (Britaniya) və qamma (Braziliya) ştamlarının neytrallaşdırılması ilə oxşar olub.

Ötən gün Britaniyanın İctimai Səhiyyə Xidməti bildirib ki, Pfizer və AstraZeneca vakisnlərinin delta variantına qarşı effektivlik dərəcəsi 90%-i keçib.

 

Delta variantı koronavirusun qlobal dominant versiyasına çevrilir. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un bu versiyasını ən sürətlə yayılan və ölümcül versiyası hesab edir.

 

Modern

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]