YAXINDAN-Sabina Şıxlinskaya fərdi sərgisi +FOTO=23

YAXINDAN-Sabina Şıxlinskaya fərdi sərgisi +FOTO=23

YAXINDAN-Sabina Şıxlinskaya fərdi sərgisi 

 

Bakı Müasir İnsənət Muzeyi (MoMA Baku) Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Sabina Şıölinskayanın “YAXİNDAN” adlı sərgisini təqdim edir. Layiənin maliyyə dəstəyi İsveçrə, İsveç
Krallığın Səfirliyi və Platform ART təşkiıatının birgə əməkdaşlığı ilə
həyata keçirilir.

 

“YAXINDAN” (CLOSELY) layihəsi müasir incəsənət əsərlərinin multimediya sərgisidir. Sərginin əsas mövzusu neft sahəsinə və “qəhrəmanlıq” aspektindən çıxış edən neftçilərin həyatına həsr olunub.
Sərgidə monumental rəsm əsərləri, video və səs instalyasiyaları təqdim olunur.

 

Müəllif ümumi instalyasiyanı tamaşaçı tərəfindən mövzunun vizual qavranılmasını gücləndirmək, sərgi ziyarətçilərinin “şəxsi iştirak” ab-havasını qurmaq, onların sərgi zalında yer alan bədii fəaliyyatə cəlb etmək məqsədi ilə yaradib. Müasir neftçilərin obrazlari monumental pannolar ilə təqdim olunub və ağ-qara koloritdə işlənib. Bu isə neftçilərin fəaliyyatinin sərt reallıqlarını simvolizə etməklə yanaşı, bədii ideyanın bir hissəsi sayilir. Ekspozisiyanın böyük hissəsinin ağ-qara kolorit neft mövzusunu vurğulayır və təbii hadisələrin irimiqyaslı proyeksiyaları şəklində, parlaq rəngli videoinstalyasiya ilə təzadlar yaradır. Bu hadisələr, neft-qaz yataqlarının mövcudluğuna dəlalət edir: min illər boyunca yerin təkindən səthinə can ataqn alov; mövcud palçıq vulkanının püskürməsi və “nəfəsi”; dənizin səthində neft ləkələrinin qəribə naxışları... Ekspozisiya zallarının birində öz peşə borclarını yerinə yetirərkən həyatlarını qurban vermiş və qəhrəmancasına həlak olmuş neft sənayesi işçilərinin xətirəsinə həsr olunan audio-video instalyasiya nümayiş etdirilir. Zalda müxtəlif dillərdə eşidilən səslər, sözlər və
ifadələr, öz oğullarını, atalarını, arlərını, qardaşlarını itirmiş, platformalarda baş vermiş təbii və texnolojı fəlakətlər zamanı həlak olanları dərin hüznlə xatirlayan və iztiraqb çəkən insanlara məsxuxdur. Bu insanlara özlərinə bununla təskinlik və təsəlli tapilar: onların doğmaları təkcə öz yaxınları üçün yox, bütövlükdə bəşəriyyətüçün “əbəədi qəhrəmanlara” çevriliblər!

 

XIX əsrin sonlarından başlıyaraq, neft, müasir cəmiyyət üçün ən vacib təbii inqrediyentə çevrilib. Bu gün benzin, dizel yanacağı və kerosin olmadan, nə quru, nə su, nə də ki, hava yollari ilə nəqliyyatı
təsəvvür etmək mümkün deyil. Neft zəmanəmizin “qara qızılı” olmaqla yanaşı, mqasir həyat tərzi üçün səciyyəvi olan geniş çeşidli materialların sırasında ən önəmli istehlak məhsullarından biri sayılır.

 

Neft hasilatının bütün əhamiyyatini və çətinliyini bizə daha dərindən anlatmaq üçün, Sabina Şıxlinskaya daşlıca diqqəti neft sənayesində “insan amilinin” roluna yönəltmək qərarına gəlib. 100 il bundan əvvəlki və bugünkü heft sənayesini müqayisə etsək, texnologiyaların inkişaf etməsinə, risklərin dah çox idarə olunan və hesablanan olmasına baxmayaraq, neftçi peşəsi, əm nüfuzlu və həm təhlükəli olaraq qalır. Bu gün neftçilərin dəniz neft platformaları və sahil yataqlarına həyatı, əvvəlki kimi risklər və təhlükələr ilə sıx bağlıdır və bu, öz həyatını müasir sivilizasiya və onun yaşaması üçün vacib olan təbii xammalın – neftin emallına və hasilatını fəsr etmiş insanların fədakarlığı və cəsarətinin ən bariz nümunəsidir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]