Raqif Allahverdiyev: Şəffav şüşədən, bulanıq baxışlar...

Raqif Allahverdiyev: Şəffav şüşədən, bulanıq baxışlar...

Şüşə, patı, kristal, met kimi adlarla bilinən,  qısa müddətdə güclü asılılıq yaradan,  rəngsiz  və qoxusu olmayan  metafetamin,   sintetik bir  maddədir.  Kimyəvi tərkibi amfetamin qrupuna bənzəyir. Bu sintetik maddənin ,   mərkəzi sinir sisteminə çox güclü  təsiri var. Bu maddənin istifadə müddətindən asılı olmayaraq , yaranan problemlər daha çox özünü  aqresiv davranış,  nevroloji hərəkətlər həmçinin depresiya və buna bənzər hallarla biruzə verir.
 

Sitatistikasına nəzərən hazırda dünayada 185 milyon insan qanunla qadağan olunan madələrdən istifadə edir.  Və bunun  33,4 milyonu amfetamin istifadəçisidir.
 

Bu   maddəni istifadə edən alüdəçilərdə , ürək döyünütülərinin artması, böyrək çatışmazlığı, mütəmadi baş gicələnməsi, yaddaş pozğuntusu ,  hətta  ürək dayanması  kimi anidən baş verən ölüm halları müşahidə olunur.  Eyni zamanda diş tökülməsi, bədəndə yaralar və çəki azalamsı metamfetamindən istifadə nəticəsində baş verir.  Depresiya , əsəbilik, əzginlik, iştahsızlıq, təcavuzkarlıq metamfetamin istifadəsində görünən simptomlardır. Bu simptomlar metamfetmain istifadəçilərində intihar düşüncələrinin yaranmasına səbəb ola bilir. Beləliklə, metamfetamin qısa müddətdə güclü asılılıq yaradaraq ondan istifadə edənlərdə ciddi psixoloji və fiziki fəsadlar törədir.
 

Əgər  sizin də çevrənizdə qeyd olunan təsirləri daşıyan şəxs  və ya şəxslər görsəniz mütləq 802 qaynar xəttə müraciət etməyinizi xahiş edirik. Unutmayın biz sizin və yaxınlarınızın sağlamlığını düşünürük. Zənglər məxvi olaraq saxlanılacaq.
 

Raqif Allahverdiyev

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]