Mərkəzi Nəbatat Bağında seleksiya üsulu ilə yeni qızılgül sortları yetişdirilib +FOTO=6

Mərkəzi Nəbatat Bağında seleksiya üsulu ilə yeni qızılgül sortları yetişdirilib +FOTO=6

Mərkəzi Nəbatat Bağında seleksiya üsulu ilə yeni qızılgül sortları yetişdirilib

 

Uzun illərdir Mərkəzi Nəbatat Bağında dekorativ qızılgüllərin introduksiyası, seleksiyası və kolleksiya genofondunun yaradılması istiqamətində tədqiqat işləri aparılır. Hazırda Bağın kolleksiyasında qızılgülün introduksiya olunmuş 594 sort, seleksiya və hibridləşdirmə üsulu ilə alinmiş 31 sort və 900-dən artıq hibrid formaları toplanmışdır. Yeni yaradılmış sortlardan üçü - “Əsrin Müqaviləsi, “Sarı gəlin”, “Nazpəri” hələ 2008-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komisiyası tərəfindən yüksək qiymətləndirilmiş, Dövlət Reyestrinə daxil edilmiş və müəllifi “Çiçəkçilik” laboratoriyasının rəhbəri, b.ü.f.d., dosent Asəf İsgəndərova patent və müəlliflik
şəhadətnamələri verilmişdir. Dekorativ bitkilər üzrə seleksiyaçı alimlərimizin yetişdirdikləri daha yeddi sort:
“Abşeron Simfoniyası”, “Şərgin səhəri”, “Akademik Həsən Əliyev”, “Akademik Cəlal Əliyev”, “Professor Lütfi Zadə”, “Leyla”, “Qara gilə” – Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən yeni seleksiyanailiyyəti kimi qiymətləndirilmiş, 2021-ci ilin Dövlət Reyestrinə daxil edilmiş və müəllifləri b.ü.f.d., dosent Asəf İsgəndərova və b.ü.f.d. Ofeliya Qafarovaya patent və
müəlliflik şəhadətnamələri verilmişdir. Mərkəzi Nəbatat Bağının “Çiçəkçilik” laboratoriyasında dekorativ bitkilərin selesiyası istiqamətində tədqiqatlar davam etdirilir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]