İtaliya, Uels, Hollandiya və Belçika EURO-2020-nin pley-offunda Türkiyə millisi EURO-2020-ylə qələbə qazanmadan vidalaşdı - İNTİQAM təqdim edir (AZpress.AZ)

İtaliya, Uels, Hollandiya və Belçika EURO-2020-nin pley-offunda Türkiyə millisi EURO-2020-ylə qələbə qazanmadan vidalaşdı - İNTİQAM təqdim edir (AZpress.AZ)

İtaliya, Uels, Hollandiya və Belçika EURO-2020-nin pley-offunda Türkiyə millisi EURO-2020-ylə qələbə qazanmadan vidalaşdı

 

İyunun 11-də İtaliyanın paytaxtı Romada 3:0 hesabla bitən İtaliya - Türkiyə matçı ilə start götürən futbol üzrə 16-cı Avropa çempionatı (EURO-2020) davam edir. Dünən qruplarda sayca 3-cü və sonuncu olan turun oyunları başlayıb. Azərbaycanın futbol həvəskarlarının daha çox maraqənda olduğu və 3 oyunu Bakıda keçirilən A qrupunda artıq seçmə oyunlar 3-cü turla başa çatıb. Son turda qrupun vahid lideri olan İtaliya Romada Uelsi minimal hesabla məğlub edib - 1:0. Qrupun Bakıda keçirilən oyununda isə İsveçrə Türkiyə üzərində inamlı qələbə qazanıb - 3:1. Bununla da türkiyəli mütəxəssis Şenol Günəşin başçılıq etdiyi və bütün azərbaycanlıların öz doğma komandası kimi sevərək izlədiyi Türkiyə millisi Bakıda keçirdiyi ikinci matçında da uduzaraq meydanı məğlub dudrumda tərk edib. Məğlubiyyətləri ilə bütün Türk dünyasını məyus edən ay-ulduzlu komanda keçirdiyi 3 oyunda bir dəfə də olsun qələbə sevincini yaşamadan və bu sevincin dadını tərəfdarlarına yaşatmadan EURO-2020 ilə erkən vidalaşıb. Qrupdan növbəti mərhələyə adlayan isə İtaliya və Uels olub. A qrupunda yekun turnir cədvəli belə olub:

Yer Komanda O Q H M T\F X

 

1. İtaliya 3 3 0 0 7-0 9

2. Uels 3 1 1 1 3-2 4

3. İsveçrə 3 1 1 1 4-5 4

4. Türkiyə 3 0 0 3 1-8 0

 

Bu gün B və C qruplarında sayca 3-cü olan son turun oyunları keçiriləcək. Ancaq son turun nəticəsindən asılı olmayaraq. B qrupuna 6 xalla liderlik edən Hollandiya artıq adını pley-off iştirakçıları sırasına yazdırıb. Bununla belə narıncıların son tur çərçivəsində qrupun autsayderi olan Şimalı Makedoniyanı məğlub etmək şansları da çoxdu. Bu qrupda ikinci kimin olacağı, məhz hərəyə 3 xalı olan Ukrayna və Avstriya matçının nəticəsi bəlli olandan sonra bilinəcək. C qrupunda isə qrupa liderlik edən Belçikanı şanslı adlandırmaq olar. Belə ki, son turda Belçika Finlandiyaya uduzsa, ruslar isə danimarkalıları üstələsə belə, belçikalıların ən azında ən yaxşı qrup üçüncüsü kimi də pley-offa adlamaq şansı var.

 

Hazırladı: İntiqam Məmmədov

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]