COĞRAFİYAÇI ALİM ETSN-NİN SU İLƏ BAĞLI TƏDBİRİNDƏ İŞTİRAK EDİB

COĞRAFİYAÇI ALİM ETSN-NİN SU İLƏ BAĞLI TƏDBİRİNDƏ İŞTİRAK EDİB

COĞRAFİYAÇI ALİM ETSN-NİN SU İLƏ BAĞLI TƏDBİRİNDƏ İŞTİRAK EDİB

 

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbənin müdiri, dosent Mirnuh İsmayılov ETSN-nin AR Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın 8.3-cü bəndinin icrası ilə bağlı keçirilmiş görüşdə iştirak edib.

Tədbirdə çıxış edən M.İsmayılov Azərbaycanda səhralaşmanın tədqiqi məqsədi ilə seçilmiş inzibati rayonların tam xarakterik əraziləri əhatə etmədiyini diqqətə çatdırıb. O qeyd edib ki, bu rayonların seçilməsində myəyyən düzəlişlər edilməlidir. Qəbələnin əvəzinə Şəki rayonunun seçilməsinin daha məqsədəuyğun olduğunu diqqətə çəkən alim eyni zamanda, Ağstafa və Naxçıvanın Culfa rayonlarının öyrənilməsini məsləhət görüb.

M.İsmayılov dünyada aktual olan iqlim dəyişmələri ilə bağlı səhralaşmanın genişlənməsinin təbii və antropogen amilləri və onların bu prosesin inkişafında roluna dair tədbir iştirakçılarına ətraflı məlumat verib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]