Paşinyan bu günə qədər Ermənistana rəhbərlik edən ən ağıllı adamdır- Zaur Əliyev yazır

Paşinyan bu günə qədər Ermənistana rəhbərlik edən ən ağıllı adamdır- Zaur Əliyev yazır

Paşinyan bu günə qədər Ermənistana rəhbərlik edən ən ağıllı adamdır- Zaur Əliyev yazır

 

Paşinyan bu günə qədər Ermənistana rəhbərlik edən ən ağıllı adamdır. O Ermənistanı bir dövlət kimi yox olmaqdan xilas edir. Azərbaycan və Türkiyə ilə düşmənçilik Ermənistanı belə davam etsə idi, iqtisadi cəhətdən məhv etməkdən qurtaran liderdir. Ermənistanı yaxın bir neçə ildə böyük layihlərə qoşacaq bu cürə siyasətlə. Azərbaycan və Türkiyə ilə əməkdaşlıq quracaq, Rusiyanın təsirini azaldacaq. Qərb investorların cəlb edəcək. Ermənistanın xilası yaranmış yeni reallıqlara uyğun davranışdan keçir və bunu da Paşinyan bilir. Qafqazda ən güclü iqtisadi dövlət olan Azərbaycanın günü gündən dünyada nüfuz qazanmasını görən Paşinyan ağıllı adam kimi başa düşür ki, Ermənistanın ordu sıralarını doldurmaq üçün insan ehtiyatı yoxdur. Bu ölkədə bir tərəfdən demoqrafik böhran mövcuddur, əhali artımı yoxdur, digər tərəfdən isə insanlar bərbad idarəçilik, diktatura, korrupsiya və tüğyan edən rüşvətxorluq ucbatından ölkədən baş götürüb gedirlər. Əhali ildən-ilə azalır. İkincisi, müharibəyə başlamaq üçün Ermənistanın maliyyə-iqtisadi, hərbi gücü olmadığından növbəti acınacaqlı məğlubiyyəti də qaçılmaz olacaq. Azərbaycanla qarşıdurma və müharibə zəif Ermənistana heç bir yaxşı perspektiv vəd etmir.
Paşinyan hamıya izah etməyə çalışır ki, Qarabağ müharibəsinə qədər də 30 il ərzində iqtisadi blokada şəraitində yaşayan Ermənistan bütün göstəricilər üzrə bölgənin və Avropanın ən geridə qalmış ölkəsi idi. 44 günlük müharibədəki məğlubiyyətdən sonra isə Ermənistanın daha dərin iqtisadi tənəzzülə uğraması və ölkənin iqtisadi-sosial inkişaf göstəricilərinin hələ uzun müddət ən aşağı səviyyədə olacağı labüddür. Belə bir şəraitdə Ermənistanın yeganə çıxış yolu bütöv bir əsr ərzində inadla izlədiyi düşmənçilik yolundan imtina etmək, qonşu dövlətlərə qarşı əsassız iddialarını kənara qoyub səmimi regional əməkdaşlığa qoşulmaqdır. Əks təqdirdə gələcəkdə bu bölgədə Ermənistan adlı dövlətin mövcudluğu belə sual altında qalacaq.
Paşinyan çıxış yolu kimi də düz siyasət yeridir. Bu nədir: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyələrinə riayət etmək. Vəssəlam. Bundan sonra Ermənistan iqstisadi cəhətdən dirçəlməyin yolunu görəcək...
Ona bu günə qədər İran, Rusiya və digər dövlətlər tərəfindən verilən vədlərin boş çıxmasını Paşinyan 44 günlük müharibə dövründə gördü......Başa düşdü ki, Azərbaycanla üz -üzə onu qoyan dövlətlər çətin zamanda Ermənistanı tək qoydu. Demək bu dövlətlər birbaşa Ermənistanı uçruma aparır. Buna görə də Paşinyanın qələbə qazanması Ermənistanın xilasına aparır....
Paşinyan güclü Ermənistan qurmağa çalışır, şəxsən mən hesab edirəm ki, o Sərkisyan və Köçəryandan daha ağıllı adamdır......

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]