Gənc "klassiklərimiz" Avropada 4-ü qızıl olmaqla 7 medal qazanıblar - İNTİQAM təqdim edir (AZpress.AZ)

Gənc "klassiklərimiz" Avropada 4-ü qızıl olmaqla 7 medal qazanıblar - İNTİQAM təqdim edir (AZpress.AZ)

Gənc "klassiklərimiz" Avropada 4-ü qızıl olmaqla 7 medal qazanıblar - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Bolqarıstanın Samokov şəhərində gənclər arasında güləş üzrə keçirilən Avropa birinciliyi Yunan-Romaçıların ("klassiklər") çıxışı ilə başa çatıb. Qeyd edək ki, Azərbaycan bu növdə daha yaxşı nəticəyə nail olub. Belə ki, çempionata qatılan 9 güləşçimizdən 7-si mükafatçılar sırasında yer alıb. Qazanılan medallarımızdan 4-ü qızıl, 3-ü isə bürünc əyarlı olub. "Qızılları" bütün görüşlərini qələbəylə başa vuran Rəhim Həsənov (45 kq, Fəraim Mustafayev (48 kq), Fərid Baxışlı (55 kq) və Fərid Xəlilov (60 kq) qazanıb. "Bürünclər " isə Pərviz Dadaşov (51 kq), Kənan Abdullazadə (65 kq) və Ruslan Nurullayevin (71 kq) payına düşüb. Bununla da Yunan-Roma güləşi üzrə millimiz qitə birinciliyində tarixi uğura imza atıb. Beləliklə, böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında 4 qızıl və 3 bürünc medal qazanan yığmamız 153 xal toplayaraq Azərbaycan güləş tarixində ilk dəfə Avropa çempionu olub! Qeyd edək ki, komandamız 10 çəkidən 9-da təmsil olunmasına baxmayaraq, ən yaxın izləyicisi olan Gürcüstanı 21, üçüncü yeri tutan Ukraynanı isə 43 xal qabaqlayıb.
Xatırladaq ki, "klassiklərimizdən" öncə qızlarımızdan Zemfira Həşimova (45 kq) bürünc, sərbəst güləşçilərimizdən isə Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdulrəhman İbrahimov (60 kq) yalnız finalda büdrəyərək gümüş, Yusif İsparovsa (45 kq) bürünc medal əldə etmişdi. Beləliklə, Azərbaycanın gənc güləşçiləri iştirak etdikləri Avropa birinciliyini üst-üstə 4-ü qızıl, 3-ü gümüş və 5-i bürünc əyarlı olmaqla 12 medalla başa vurublar.

 

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]