Kürdə axtarılan 4 uşaq anasından xəbər: Məni axtarmayın

Kürdə axtarılan 4 uşaq anasından xəbər: “Məni axtarmayın”

 Kürdə axtarılan 4 uşaq anası Bakıdan səs verdi: “Məni axtarmayın”

 

 

Salyan rayonun Seyidsadıqlı kənd sakini, 1992-ci il təvəllüdlü Bəndəliyeva Ayşən Nemət qızının Kür çayının kənd ərazisindən keçən hissəsində boğulmadığı məlum olub. O, səhər saatlarına yaxınlarına zəng edərək, Bakıya getdiyini bildirib.

 

“Məni axtarmayın, Bakıdayam”, - qadın deyib.


Bu səbəbdən onun Kür çayında axtarışları dayandırılıb.

 

Qeyd edək ki, qadının Kür çayında boğulduğu ehtimal olunurdu. Buna səbəb A.Bəndəliyevanın “Mən özümü Kürə atacam” yazısının olması idi.

 

Qadının bundan narahat olan yaxınları dünən Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat veriblər. Hadisə yerinə FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.

 

Qeyd edək ki, A Bəndəliyeva ailəlidir, üç qızı, bir oğlu var. (“Report”)

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]