KRİMİNAL XƏBƏRLƏR

KRİMİNAL XƏBƏRLƏR

 Şəmkir sakini özünü asdı

 

 

 

Şəmkir rayonunda intihar hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, rayon sakini 1967-ci il təvəllüdlü İsmaylov Rauf Əli oğlu yaşdığı evdə özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılı vəziyyətdə tapılıb.

 

Faktla Şəmkir rayon prokrorluğunda araşdırma aparılır.


***


Qazaxda yol qəzası

 

Qazax rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq maneəyə çırpılıb.

 

Qəza nəticəsində Qazax rayon Kəmərli kənd sakini, 1994-cü il təvəllüdlü Elmir Qaragözov xəsarət alıb.

 

O, xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır (report).


***


Samuxda gənc müəllim intihar etdi

 

Samux rayonunda intihar hadisəsi baş verib.

 

Hadisə rayonun Nəbiağalı qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Arzu Məmmədova yaşadığı evin zirzəmisində özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılı vəziyyətdə tapılıb.


Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı Samux rayon prokrorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, A.Məmmədova Kəlbəcər rayon 47 saylı orta məktəbin müəllimidir (qafqazinfo).

***

4 uşaq anası “Mən özümü Kürə atacam” yazıb intihar etdi

 

Salyan rayonun Seyidsadıqlı kənd sakini, 1992-ci il təvəllüdlü Bəndəliyeva Ayşən Nemət qızının kənd ərazisindən keçən Akkauşa çayında (Bala Kür) boğulduğu ehtimal olunur.

 

Buna səbəb A. Bəndəliyevanın “Mən özümü Kürə atacam” yazısının olmasıdır.

 

Bundan narahat olan qadının yaxınları Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat veriblər.

 

Hadisə yerinə FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib. Hazırda Akkuşa çayında axtarışlar davam etdirilir.

 

Qeyd edək ki, A. Bəndəliyeva ailəlidir, 3 qızı, 1 oğlu var (report).

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]