Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlanıb - VİDEO

Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlanıb - VİDEO

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən külli miqdarda aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısını alıblar.

 

 

 

 

Belə ki, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobil ilə külli miqdarda aksiz markasız siqaretlərin Bakı və Sumqayıt şəhərlərində realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.
 

Məlumat təsdiqini tapdıqdan sonra yaradılmış əməliyyat qrupu Bakı şəhəri Yasamal rayonu ərazində əməliyyat-axtarış tədbirləri həyata keçirib və "Mercedes Benz" markalı avtomobil saxlanılıb.
 

Baxış zamanı avtomobildə, ümumilikdə Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan 120 000 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.
 

Faktla bağlı araşdırma aparılır.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]