Anadolu Qartalı - 2021 təliminə hazırlıq məşqləri keçirilib +FOTO=10

“Anadolu Qartalı - 2021” təliminə hazırlıq məşqləri keçirilib +FOTO=10

“Anadolu Qartalı - 2021” təliminə hazırlıq məşqləri keçirilib

 

 

“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş heyəti ilkin hazırlıq məşqlərini başa çatdırıb.
Hərbi pilotlar hava məkanının uçuş zonalarını, ərazidəki qalxma-enmə zolaqlarını və marşrut üzrə aeronaviqasiya vəziyyətini öyrənmək, o cümlədən uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçirib.
Eyni zamanda, müxtəlif ölkələri təmsil edən komandaların nümayəndələri hazırlıq məşqləri çərcivəsində uçuş boyu tapşırıqların yerinə yetiriləcəyi rayonlara baxış keçirib.
İyunun 21-də başlayacaq təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 qırıcı və 2 ədəd Su-25 hücum təyyarəsi iştirak edəcək.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]