Belçika və Hollandiya EURO-2020-də ikinci qələbəsini qazanıb - İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Belçika və Hollandiya EURO-2020-də ikinci qələbəsini qazanıb- İNTİQAM təqdim edir (AZpress.AZ)
İyunun 11-də start götürən futbol üzrə Avropa çempionatı davam edir. A qrupundan sonra B və C qruplarında da ikinci turun oyunları keşirilib. Qeyd edək ki, B qrupunda Belçika, C qrupunda isə Hollandiya ikinci matçını da qələbəylə bitirərək, öz qruplarının vahid liderinə çevirilib. Lakin Belçikadan fərqli olaraq, Hollandiya artıq son turun nəticəsindən asılı olmayaraq, pley-offda iştirak etmək hüququ qazanıb. Cünki C qrupunda hərəyə 3 xal qazanan Ukrayna ilə Avstriyanın qarşılaşacağı turda Hollandiya qrupun autsayderi olan və aktivində bir xalı belə olmayan Şimali Makedoniya ilə üzləşəcək. İkinci tur çərçivəsində hər iki qrupda keçirilən oyunların nəticəsi belədir:
B qrupunda:
Finlandiya - Ruusiya - 0:1
Danimarka - Belçika - 1:2
C qrupunda:
Ukrayna - Şimali Makedoniya - 2:1
Hollandiya - Avstriya - 2:0.
İki turdan sonra B qrupunda komandaların turnir vəziyyəti belədir:
1. Belçika 2 2 0 0 5-1 6
2. Rusiya 2 1 0 1 1-3 3
3. Finlandiya 2 1 0 1 1-1 3
4. Danimarka 2 0 0 2 1-3 0
C qrupunda vəziyyət belədir:
1. Hollandiya 2 2 0 0 5-2 6
2. Ukrayna 2 1 0 1 4-4 3
3. Avstriya 2 1 0 1 3-3 3
Hazırladı: İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


