Zemfira Həşimova Avropa üçüncüsüdür - İNTİQAM təqdim edir (AZpress.AZ)

Zemfira Həşimova Avropa üçüncüsüdür - İNTİQAM təqdim edir (AZpress.AZ)

Zemfira Həşimova Avropa üçüncüsüdür- İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir. AVF-dan aldığımız məlumata görə, çempionatın dördüncüyarış günündə çəkisi 40, 46, 53, 61 və 69 kq olan qızlar xalça üzərinə çıxıblar.Həmin gün cəmi iki təmsilçimiz - Zemfira Həşimova (46 kq) və Əsmər Canqurtaran (53 kq) qurşaq tutub ki, onlardan da birincisi uğurla güləşərək bürünc medal qazanıb. Qeyd edək ki, mübarizəyə 1/4 finalda qoşulan Zenfira Həşimova fransalı rəqibinə "tuşe" ilə qalib gələrək adını yarımfinala yazdırıb. Ancaq o, finala çıxışda belaruslu həmkarıyla bacarmayıb. Nəticəd Zemfira bürünc medal görüşünə çıxıb. Gürcüstan idmançısını üstələyən təmsilçimiz Avropa üçüncüsü olub.Əsmər Canqurtaran qitə birinciliyinə inamlı başlayəb. Təsnifat mərhələsində cəmi 32 saniyəyə rumıniyalı rəqibini "tuşe" ilə üstələyən Əsmər növbəti mərhələdə polşalı güləşçiyə məğlub olaraq, mübarizəni dayandırıb.
Bununla da Avropa çempionatına qatılan və heyəti 5 qızdan ibarət olan qızlar yığmamız çıxışını bir bürünclə bitirib. Bu gün Yunan-Romaçılar da mübarizəyə qatılıblar. Döşək üzərinə çıxan 4 güləşçimizdən ikisi - Fərahim Mustafayev (48 kq) və Fərid Baxışlı (55 kq) finala çıxıb. Daha bir güləşçimiz - Kənan Abdullazadə (65 kq) isə bürünc medal uğrunda güləşmək şansı qazanıb. Xatırladaq ki, geridə qalan günlərdə sərbəst güləşçilərimiz 3-ü gümüş, birisə bürünc əyarlı olmaqla 4 medal qazanmışdılar.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]