EURO-2020-də İtaliya ikinci darmadağınla pley-offda, Türkiyəninsə heç bir şansı qalmadı - İNTİQAM təqdim edir (AZpress.AZ)

EURO-2020-də İtaliya ikinci darmadağınla pley-offda, Türkiyəninsə heç bir şansı qalmadı - İNTİQAM təqdim edir (AZpress.AZ)

EURO-2020-də İtaliya ikinci darmadağınla pley-offda, Türkiyəninsə heç bir şansı qalmadı

 

İyunun 11-də Romada keçirilən və 3:0 hesabla bitən İtaliya - Türkiyə matçı ilə startı verilən və 3-ü qrup, birisə 1\4 final oyunu olmaqla 4 oyununun Bakıda krçirilməsi nəzərdə tutulmuş futbol üzrə Avropa çempionatı (EURO-2020) davam edir. Azərbaycan futbolsevərlərinin də azarkeşlik etdiyi Türkiyə yığmasının yer aldığı A qrupunda artıq ilk iki tur geridə qalıb və bununla da kiminçünsə davam, kiminçünsə də tamam məsələsi bir qədər aydınlaşıb. Qeyd edək ki, İtaliyada startdaca darmadağın hesablı məğlubiyyətlə üzləşən Türkiyə millisinin Bakıda keçirəcəyi oyunlarda qalib gələcəyinə və qrupdan pley-offa keçəcəyinə böyük ümid var idi. Lakin dünən Bakı Olimpiya stadionunda Uels komandasına qarşı keçirilən, Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın da birbaşa tribunadan izlədiyi görüş rəqib komandanın 2:0 hesablı qələbəsi ilə bituincə Şenol Günəşin başçılıq etdiyi ay-ulduzlu komanda bütün ümidləri puça çıxardı. İki məğlubiyyətdən sonra hamımızın öz doğma komandamız qədər (bəlkədə daha çox) azarkeşlik etdiyimiz Türkiyə millisi pley-offa çıxmaq şansını itirdi. İyunun 20-də qrup oyunları çərçivəsində İsveçrəyə qarşı keçirəcəyi son oyunda qalib gəlsə belə, iki məğlubiyyət acısı yaşamaqla ilk iki yerdən çox-çox uzaqda qalan bu komanda hətta ən yaxşı qrup üçüncüsü olan 4 komandadan biri də ola bilməyəcək. TƏƏSSÜF!!!
İki oyunda öz qapısından 5 top buraxmasına rəğmən, rəqib qapısına bir dəfə də olsun yol tapıb qol sevinci yaşa bilməyən Türkiyə millisindən fərqli olaraq, geridə qalan iki oyundan sonra maksimum xal toplayan (6 xal) və EURO-2020-yə ev sahibliyi edən komandalardan biri olan İtaliya millisi isə artıq son turun nəticəsindən asılı olmayaraq, adını pley-offa yazdıran ilk komanda olub. İndi qrupda kimin ikinci olacağı son turda keçiriləcək İtaliya - Uels və Türkiyə - İsveçrə matçının nəticəsində asılı olacaq.

A qrupunda komandaların hazırki turnir cədvəli belədir:
0 Q H M T\F X
1. İtaliya 2 2 0 0 6-0 6
2. Uels 2 1 1 0 3-1 4
3. İsveçrə 2 0 1 0 1-4 1
4. Türkiyə 2 0 0 2 0-6 0.

Digər qruplarda isə vəziyyət belədir:

B qrupu: Belçika, Finlandiya, Rusiya - hərəyə 3 xal, Danimarka - 0.

C qrupu: Avstriya, Hollandiya - hərəyə 3 xal, Ukrayna, Şimali Makedoniya - hərəyə 0.

D qrupu: Çexiya, İngiltərə - hərəyə - 3 xal, Xorvatiya, Şotlandiya - hərəyə 0.

E qrupu: Slovakiya - 3 xal, İspaniya, İsveç - hərəyə 1 xal, Polşa - 0.

F qrupu: Portuqaliya, Fransa - hərəyə 3 xal, Almaniya, Macarıstan - 0.
Bir məqamı da qeyd edək ki, geridə qalan 15 oyunda qapılara üst-üstə 34 qol vurulub. Bu gün çempionatda daha 3 oyun keçiriləcək.

 

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]