Paytaxt məktəblərində "Son zəng" keçirilib - FOTO

Paytaxt məktəblərində "Son zəng" keçirilib - FOTO

İyunun 14-də paytaxtın ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb.


Paytaxt məktəblərində keçirilmiş “Son zəng” tədbirlərində Təhsil nazirinin müavini Muxtar Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Təhsil Nazirliyinin və BŞTİ-nin struktur bölmə rəhbərləri, məzunlar, məhdud sayda müəllimlər iştirak ediblər.


Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı maraqlı proqram nümayiş etdirilib.


Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və diplomlarla təltif olunublar.


“Son zəng” tədbiri ümumi təhsil müəssisələrinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində 1 saatdan artıq olmamaqla keçirilib. XI sinif şagirdlərinin sayı 100 nəfərdən çox olan ümumi təhsil müəssisələrində tədbir iki mərhələdə təşkil olunub.


Qeyd edək ki, 2020-2021-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 34 874, XI siniflərini isə 20 024 nəfər bitirib. Paytaxtda 44 847 nəfər I sinfi, 146 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vurub.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]