RSXM-də Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyi ilə görüş keçirilib

RSXM-də Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyi ilə görüş keçirilib

İyunun 14-də Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində  Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyi ilə ikitərəfli görüş keçirilib. Görüşdə AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor  Qurban Yetirmişli və mərkəzin “İnformasiya” şöbəsinin müdiri Vüsalə Rafiqqızı,  Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev, ASA-nın icraçı direktorunun müşaviri Məmməd Ağayev və ASA-nın hüquqşünası Turanə Axundova iştirak ediblər.


AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli qonaqlara mərkəzdə aparılan kompleks seysmoloji  tədqiqatlar, sığorta şirkətləri ilə mərkəz arasında olan ikitərəfli əməkdaşlıq məsələləri haqqında məlumat verib.


Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev görüşün əsas məqsədi barəsində danışarkən qeyd edib ki, Respublika Seysmoloji Xidmət Mərkəzi sığorta şirkətləri ilə yaxından  əməkdaşlıq edən dövlət qurumlarındandır.
 

ASA-nın icraçı direktoru sığorta şirkətləri ilə dövlət qurumları arasında sənəd dövriyyəsində əməkdaşlığın avtomatlaşdırılması zərurəti yarandığını və artıq bəzi dövlət qurumları ilə sığorta şirkətlərinin bu sistemə keçirildiyini bildirib. Onun sözlərinə görə, bu sahədə artıq müsbət nəticələr də əldə olunub.
 

Təklifi müsbət qiymətləndirən AMEA nəzdində RSXM-nin baş direktoru Qurban Yetirmişli bildirib ki, sığorta hadisələri ilə bağlı bəzi məsələlərin aydınlaşdırılmasında müəyyən zaman tələb olunur. Bu bir çox hallarda baş verən sığorta hadisəsinin olduğu ərazidən və onun geoloji quruluşundan asılı olur. Bununla belə baş direktor təklifin  dəyərləndiriləcəyini və bu istiqamətdə müsbət nəticələr əldə olunması üçün bütün imkanlardan istifadə ediləcəyini vurğulayıb.


Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə də toxunulub.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]