Müşfiq Ələsgərli: Milli Qurtuluş Günümüz mübarək!

Müşfiq Ələsgərli: Milli Qurtuluş Günümüz mübarək!

Müşfiq Ələsgərli:Milli Qurtuluş Günümüz mübarək!

 

Dədə Qorqud obrazının dilindən səslənən "Torpağı qorumasan əkməyə, əkməsən - qorumağa dəyməz" aforizmi müasir siyasi proseslər üçün də aktualdır: “Müstəqiliyi qoruya bilməsən, elan etməyə dəyrmi?”. Ümummilli lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri də Azərbaycanın elan edilmiş müstəqilliyini qoruyub saxlaması, möhkəmləndirməsi oldu. 1993-cü il iyunun 15-də Bakıya gəlişilə Azərbaycanın müstəqilliyi üzərində oynanılan bütün lokal və qlobal oyunları pozdu, xalqın iradəsini səfərbər etdi. 1993-cü il iyunun 15-də dövlətçiliyimizin təhlükədən qurtulması, parçalanmanın aradan qaldırılması ilə başlamış prosesin bir mərhələsi 2020-ci il 8 noyabr Zəfər Günü ilə tamamlandı: Azərbaycan nəinki parçalanmadı, hərbi-siyasi qruplar arasında bölünmədi, əksinə, ərazi bütövlüyünü, suverenliyini təmin etdi, işğal altında olan ərazilərini də qurtardı.
Artıq prosesin ikinci qolu aktivləşdirilir, yeni mərhələ başlayır. Heydər Əliyev siyasəti Azərbaycanı “üzərində oyunlar qurulan dövlət” müstəvisindən çıxarıb, “dünya oyunçuları” sırasına qatıb. 1994-cü ildə “Əsrin müqaviləsi” ilə təməli qoyulan enerji strategiyası bu gün yeni çalarlar kəsb edir. İndi Azərbaycan dünyanın təkcə enerji təhlükəsizliyində deyil, həm də nəqliyyat marşrutları məsələsində açar rolu oynayır.
Heydər Əliyev siyasətinin bütövlükdə tamamlanması arzusuyla:

Milli Qurtuluş Günümüz mübarək!

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]