Osman Gündüz: Məğlub ölkə yatmır

Osman Gündüz: Məğlub ölkə yatmır

Osman Gündüz: Məğlub ölkə yatmır

 

 

 

 

 

Ermənistan Dilican şəhərindəki hərbi məktəbdə dronlar üzrə "Armath Airborne" Mərkəzini yaradıb.
"Armath Airborne" Ermənistanın "Armath" mühəndis laboratoriyalarının inkişafı üzrə proqramın bir tərkib hissəsidir.
15-18 yaşlı uşaqlar üçün nəzərdə tutulub.
Onlar bu proqram çərçivəsində dronlar, onların hazırlanması və idarə edilməsi üzrə , dronların proqram təminatı üzrə nəzəri və praktiki bilik-bacarıqlar qazanacaqlar.
Bu tip mərkəzlərin Ermənistanın 65 şəhərində və Xankəndində açılmasını nəzərdə tutublar.
Yeri gəlmişkən, erməni uşaqların bütün məktəblərdə, kütləvi olaraq kodlaşdırma üzrə elementar baza bilikləri və rəqəmsal bacarıqlar qazanması üçün də "Telekom Armenia" (Beeline) və digər qurumlar, diasporun dəstəyi ilə iş aparırlar.
Qeyd.
Ölkəmizdə dronların gətirilməsi və istifadəsi məhdudlaşdırılıb.
6 dövlət qurumu dron gətirilməsinə icazə verməlidir. Normal Qaydalar hazırlanmayıb, NRYTN Dövlət Mülki Aviasiya Agentliyinin "Mülki pilotsuz uçan aparatların qeydiyyatı və uçuşlarına icazəyə dair Müvəqqəti prosedur" mövcuddur.
Bu sahəni liberallaşdırmaq, uşaqların və gənclərin bu sahə üzrə, ümumiyyətlə rəqəmsal bilik bə bacadıqlar qazanmaq üzrə imkanlarını genişləndirmək və kütləviləşdirmək doğru olardı

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]