BDU-da Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib - FOTO

BDU-da Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib - FOTO

Bu gün Bakı Dövlət Universitetində (BDU) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş onlayn konfrans keçirilib.Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.Rekror çıxışında bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Ümumilli Lider Heydər Əliyevin iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Ulu Öndər özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi ilə böhrana son qoydu, xalqımızı Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirdi. Qısa zamanda Ulu Öndər ölkədə siyasi sabitliyin yaradılmasınanail olub. Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi nəticəsində müstəqilliyimizin və dövlətçiliyimizin əsası qoyulub, Azərbaycan güclü bir dövlətə çevrilib. Bu dövr ərzində ictimai-siyasi sabitlik təmin olunub, iqtisadi inkişafa geniş meydan açılıb, ölkəyə xarici sərmayələr cəlb edilib, dövlət idarəçiliyi mexanizmi yenidən yaradılıb. Nizami ordu qurulub, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirilib, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edilib. Həmçinin, dövlətimiz dünya birliyində layiqli yerini tutub, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazanıb.

 

Elçin Babayev əlavə edib ki, 2003-cü ildən ölkəmizə uğurla rəhbərlik edən möhtərəm Prezidentimiz İlham Əliyev Ulu Öndər Heydər Əliyevin milli qurtuluş konsepsiyasını inamla həyata keçirdi, bununla da xalqımızın hərtərfli rifahına nail olundu. Ulu Öndərimizin bütün arzuları, planları və ən əsası özündə tarixi torpaqlarımızın azadlığını ehtiva edən müqəddəs ata vəsiyyəti Prezident İlham Əliyev tərəfindən əzmlə, fədakarlıqla yerinə yetirildi.


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, BDU-nun Konstitusiya hüququ kafedrasının müdiri, professor Ziyafət Əsgərov çıxışında Ümummilli Lider Heydər Əliyevin uğurlu uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dünyanın inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrildiyini, yeni iqtisadi uğurlara imza atdığını vurğulayıb.


Milli Məclisin üzvləri Sevinc Fətəliyeva və Elşad Mirbəşiroğlu çıxışlarında böyük şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs ediblər. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusunun xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şah əsərlərindən biri olduğunuvurğulayıblar. Çıxışlarda həmçinin qeyd olunub ki, Ulu Öndər zəngin dövlətçilik təcrübəsi, qətiyyətli və ardıcıl siyasəti ilə çox mürəkkəb şəraitdə ordu quruculuğuna yeni məzmun vermiş və və ölkədə müasir ordunun formalaşdırılmasının əsasını qoymuşdur.


Daha sonra Rusiya Federasiyası Nijni-Novqorod Dövlət Texniki Universitetinin professoru, Beynəlxalq Elmlər Akademiyasının üzvü Yan Şvars “Роль Гейдара Алиева в развитии Российско-Азербайджанских отношении”, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru, professor Hikmət Cavadov “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu”, BDU-nun Tarix fakültəsinin professoru İbrahim Zeynalov “Heydər Əliyev - Vətənin xilası, xalqın qurtuluşu”, BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru, tarix elmləri doktoru Lətifə Əliyeva ¬“Heydər Əliyev - mükəmməl idarəçi və siyasətçi”, BDU-nun Hüquq fakültəsinin tələbəsi Firavan Əlizadə “Heydər Əliyev gənclər siyasətinin banisidir” mövzusunda məruzə ilə çıxış ediblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]