Səbinə Xasayeva: Bütün uğurlarımızın başlanğıcı Qurtuluş günüdür

Səbinə Xasayeva: Bütün uğurlarımızın başlanğıcı Qurtuluş günüdür

Heydər Əİiyev Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətləri səviyyəsinə çıxartmaq üçün olduqca gərəkli siyasi, iqtisadi qərarlar qəbul etdi. Azərbaycanın uğurlarının neft strategiyası ilə bağlı olduğunu bilirdi, buna görə də  "28 May", "Günəşli" yataqlarının mənimsənilməsi, Dərin Özüllər Zavodunun istifadəyə verilməsi, dənizin Azərbaycan sektorunda yeni neft və qaz yataqlarının kəşfi bu gün üçün əvəz olunmaz baza idi. Yəni Ulu Öndər imperiyanın milli ruhu sıxdığı illərdə də Azərbaycan üçün bu gün də yaşarı olan böyük işlər görüb...


Azərbaycanda hələ ittifaq tərkibində olanda Heydər Əliyevin təşəbbüsü ilə  Respublikada nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə ilk infrastruktur, Radiasiya Tədqiqatları Sektorunun yaradıldı. Ulu öndər nüvə enerjisinin dinc məqsədlərlə istifadəsini həm də iqtisadi inkişafda vasitə bilirdi, elmi işlərin davamlılığına diqqətlə yanaşırdı, onun Azərbaycanda aktual elmi-texniki sahə kimi inkişafına xüsusi şərait yaradırdı. Ozon zavodu, Radiozavod, Məişət Kondisionerləri zavodu, və s. kimi nəhəng sənaye müəssisələrinin açılması Azərbaycanın iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edirdi.


Həmin illərdə Azərbaycanda ən müasir və güclü radioizotop mənbə kompleksi, elektron sürətləndiriciləri, müasir fiziki və kimyəvi laboratoriyalar yaradılmışdı.


Heydər Əliyev hakimiyyətdə olduğu illəərdə kadr siyasətini həmişə diqqətdə saxlayırdı. O illəərdə yüzlərlə azərbaycanlı gəncin ittifaqın müxtəlif elm ocaqalrnda təhsil almaları təmin edilirdi. Mənbələrə istinadən deyə bilərik ki, o dövrlərdə  SSRİ-nin nüvə məktəblərində hazırlıq keçmək, universitet, aspirantura təhsili almağa göndərilirdi. Yüzlərlə gənc Moskvanın, Obninskin nüvə sahəsində fəaliyyət göstərən institutlarına da ezam edilmişdi.


Dövrün siyasət nəhəngi kimi tanınan Heydər Əlyev çətinliklə də olsa Bakıda ibtidai hərbi məktəbin yaradılmasına nail oldu. Bu gün həmin məktəb Cəmşid Naxçıvsnski adına hərbi lisey adlanır. Bu məktəbin məzunları sabiq SSRİ-nin müxtəlif ali hərbi məktəblərində, o cümlədən Bakıda ali hərbi təhsil alırdı. Məzunların böyük əksəriyyəti istər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində mərdliklə döyüşdülər, ali mükafatlara layiq görüldülər.


Böyük tarixi şəxsiyyət Heydər Əliyev həmişə xalqa arxalanırdı, xalqı dövlətçilikdə böyük qüvvə bilirdi. Məhz buna görə Azərbaycanda hakimiyyətdə olduğu illərdə xalqın iradəsini də, xalqın dövlətçiliyə etimadını da, sədaqətini də yüksək dəyərləndiridirdi. Buna görə də azərbaycançılığı yaşam fəlsəfəsi kimi yaşadan ən böyük azərbaycanlı olan böyük tarixi şəxsiyyəti xalq sonsuz məhəbbətlə sevir, onun hər kəlməsini aqil kəlamı bilirdi...


Aqambekyanını xaricdə dərc edilən müsahibəsində səslənən fikirlər fərdi fikirlər deyildi, erməniliyin niyyəti idi. Bu niyyət ərazi ilhaq etməyə yönəldilmişdi.


Ermənistanın Azərbaycandan ərazi iddiası, bu iddianı Moskvanın da dəstəkləməsi, Ermənistanın Topxana meşəsində ağacları qıraraq yerində zavod tikmək niyyəti Azərbaycanda böyük hiddətlə qarşılanmışdı; milli-azadlıq hərəkatı yeni müstəviyə keçirildi. Bu, ilhaq əleyhinə mübarizə, azadlıq hərəkatı idi. Rus imperiyası bu hərəkatı sonlandıqmaq üçün faciə törətməkdən də çəkinməmişdi – 1990-cı ildə 20 yanvar faciəsi törətdi.


“Azadlığı zərrə-zərrə, qram-qram“ istəməyən” (X.Rza Ulutürk) xalqın mübarizəsi – milli azadlıq hərəkatı imperiyanı çökdürməklə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməyə yönəldildi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu...


Ötən əsrin sonlarında Azərbaycanda milli-azadlıq hərəkatı dünyəvi heyrət doğurmuşdu. On illər sonra da o illər xatırlayanlar qürurlanır, yaşı o qürur gününün yaşından az olanlar xatırlamalardan, oxuduqlarından öyrənir. Hamısı deyir ki, bu günlərimiz üçün, müstəqilliyimiz, azadlığımız üçün mübarizlərə borcluyuq. O mübarizlərin əldə etdiyi müstəqilliyi dahiyanəliklə yaşadan dahi rəhbər Heydər Əliyevə borcluyuq. Təkcə biz yox, tarix də onlara borcludur. Onlara tarixən “Mən azərbaycanlıyam!” deyənlərin hamısı borclu olduğunu deyəcək. Tarix müstəvisinə gətiilən dövlətçiliyi günün gəncləri qoruyur. Onlar Vətən müharibəsində də bu amalla döyüşdülər. Ordumuz bu amalın ordusudur. ...


Hansı sahədə işləməsindən, harda təhsil almasındana asılı olmayaraq bütün vətəndaşlar Vətən müharibəsində qazanılmış zəfərin 15 iyun Qurtuluş günündən başladığını qürurla deyir: bütün uğurlarımızın başlanğıcı 15 iyun Qurtuluş günündür!


Böyük ipək yolu, Bak-Ceyhan neft kəməri və s. də Ulu Öndərin Azərbaycan dövləti naminə gördüyü əvəzsiz nailiyyətlərdəndir.


Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. 1920-ci ilin 28 May siyasi buludu dağıdıldı.


Azərbaycanda hakimiyyətdə yaranmış boşluqlar, şəxsi niyyətlər, qarşıdurmalar, qruplaşmalar vətəndaş müharibəsi həddinə çatdırmışdı. Xalq belə dövlətçiliyə qarçı çıxmışdı. Xalq hiss edirdi ki, vəziyyət belə davam edərsə, Azərbaycan dövlətçiliyi süquta uğraya bulər. 71 ildən sonra bərpa edilmiş dövlətçiliyi qorumaq üçün xalq ayağa qalxdı. Vəziyyət kəskinləşəndə - Gəncədə qiyam başlayanda Azərbaycan dövlərçiliyinə böyük təhlükə yaranmışdı. Onda xalq təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Bu dəvət böyük inam idi, Azərbaycan naminə azərbaycanşılıq coşqusu idi. Dünya da gördü ki, xalq rəhbərini dönməz məhəbbətlə sevir. Bu məhəbbət bəşəri məhəbbət idi. Xalqın bu qədərsiz sevgisi, bu dönməz inamı tarixin qondarılmış yolunu öz axarına yönəldə bildi, Heydər Əliyev iyunun 9-da Bakıya gəldi...


Bu gəliş Azərbaycanın real təhlükədən qurtuluş gəlişi oldu. Ulu öndər ictimaiyyətin coşqusu ilə Gəncəyə getdi, vəziyyəti yerində öyrəndi, qiyamın nədən, niyə başladığını dəqiqləşdirdi. Sonra Bakıya qayıtdı, yəni hadisələri təhlilə çəkərək reallığın nədən ibarət olduğunu bildirdi.


Böyük tarixi şəxsiyyət Heydər Əliyev xalqın təkidli xahişinə əməl edərək hakimiyyətə qayıtdı. Həm vətəndaş müharibəsinin qarşısı alındı – dövlətçilik labud süqutda xilas edildi, həm də Azərbaycanın inkişafına real zəmin hazırlandı. Azərbaycan iqtisadi inkişaf mərhələsinə qədəm qoydu. Sonra Azərbaycanın dünyanın aparıcı dövlətləri ilə ikitərəfli, çoxtərəfli iqtisadi əlaqələri formalaşdı, ordu quruculuğunda əsaslı islahatlara başlanıldı – yerli müdafiə batalyonları ləğv edildi, orduda vahid komandanlıq yarandı. Az sonra Ulu öndərin sərkərdəliyi ilə hücum əməliyyatı hazırlandı – Horadiz əməliyyatı qələbə ilə başa çatdı, ordumuz neçə kəndi, o cümlədən bu gün yenidən qurulmuş Cocuq Mərcanlı kəndini işğaldan azad etdi. Şəxsi heyətin qələbə ruhu kükrədi, ordu da, ictimaiyyət də inandı ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edəcəkdir.


Noyabrın 15-də böyük tarixi şəxsiyyət Heydər Əliyev Milli Məclisin sədri seçildi. Xalq bu seçimi müasir Azərbaycanın tarixində ən mötəbər seçim bildi...


Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dünya birliyi Azərbaycan reallıqlarını qəbul etdi, Azərbaycan əksər beynəlxalq qurumlarda təmsil olundu...


Müasir azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir.


Azərbaycan gənc dövlət idi və onun inkişafı üçün mühüm islahatlar keçirilməli idi. Ulu Öndər bunu dahiyanəliklə, mərhələlərlə həyata keçirdi. Atəşkəs elan edilsə də Azərbaycanda müharibə şəraiti davam edirdi. AzərbaycanPrezidenti Heydər Əliyev deyirdi: “Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda yeni bir sistem yaranıbdır. Dünya standartları-na  yaxınlaşan, dünya standartlarına çatmağa çalışan hüquqi, demokratik, dünyəvi dövlət yaranıbdır. Budur  bizim nailiyyətimiz... Bu, bütün sahələrdə özünü göstərir. Bizim Konstitusiyamız, qəbul etdiyimiz qanunlar, onların icrası, cəmiyyətə bütün sahələrdə verilən azadlıq, sərbəstlik - bunlar hamısı bizim dövlətçilik anlayışımızın tərkib hissələridir”.


Böyük tarixi şəxsiyyət Heydər Əliyevin ideyalarını Azərbycan Respublikasının Prezidenti Cənab İlham Əliyev böyük məsuliyyətlə, böyük sədaqətlə, böyük sevgilərlə davam etdirir. Ölkə başçıısının daxili və xarici siyasəti Heydər Əliyev ideyalarının yaşarılığını təmin edir.


Müasir Azərbaycan gəncliyi Qurtuluş günü kimi tarixləşən günün mahiyyətini yaşam fəlsəfəsi bilir, bu mahiyyəti düşüncələrindən ürəyinə köçürüb. Azərbaycanın dövlət müstəqilliyini də, ərazi bütövlüyünü də qorumaq onların azərbaycançılıq borcudur. Yəni gənclərimiz məhz bu amalın gəncləridir...


Vətən müharibəsi Zəfərlə başa çatdı. Bu Zəfər Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərkərdəliyi ilə, Ulu Öndğr Heydər Əliyevin formalaşdırdığı Azərbaycan Ordusnunu döyüş qabiliyyəti ilə, xalqın orduya güvənci, ordunun xalqa arxalanması ilə əldə edildi. Bütün bunlar 15 iyun Qurtuluş gününün davamıdır...
 


Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]