Rəsulzadə və Xocəsən qəsəbələrində 7.5 km küçə və yol təmir edilir +FOTO=

Rəsulzadə və Xocəsən qəsəbələrində 7.5 km küçə və yol təmir edilir +FOTO=

Rəsulzadə və Xocəsən qəsəbələrində 7.5 km küçə və yol təmir edilir

 

2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə, Binəqədi, Sulutəpə və Xocəsən qəsəbələri üzrə ümumi olaraq 15.4 km küçə və yolda yenidənqurma işlərinin aparılması nəzərdə tutulurdu ki, artıq bir müddətdir bu istiqamətdə rayonun təmir-tikinti işləri davam etdirilir.

 

Bu çərçivədə rayonun Rəsulzadə qəsəbəsi üzrə ümumi uzunluğu 3 km təşkil edən küçə və yollarda təmir işləri aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

Proqrama uyğun olaraq rayonun Xocəsən qəsəbəsi üzrə də 4.5 km uzunluğunda qəsəbədaxili küçə və yolların təmiri davam etdirilir. Burda nzəərdə tutulan işlərin böyük əksəriyyəti yekunlaşdırılıb.

 

İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Binəqədi qəsəbəsi üzrə 5.3 km, Sulutəpə qəsəbəsi üzrə isə 2.6 km küçə və yolun təmiri işləri icra olunacaq.

 

YOLUNUZ AÇIQ OLSUN...

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]