Fransalı nazir bu azərbaycanlı rəssama görə təcili Bakıya gəlib... +VİDEO

Fransalı nazir bu azərbaycanlı rəssama görə təcili Bakıya gəlib... +VİDEO

Fransalı nazir bu azərbaycanlı rəssama görə təcili Bakıya gəlib...

 

Azərbaycan Televiziyasının “Yüz ilin adamları” layihəsinin budəfəki buraxılışı dünyaşöhrətli Xalq
rəssamı Toğrul Nərimanbəyovun həyat və yaradıcılığına həsr olunub.
Verilişin komandası rəssamın ikinci vətəni Fransada olub, onun qızı Əsmər Nərimanbəyova ilə söhbət
edib.
T. Nərimanbəyovun yaradıcılığında dönüş yaradan hadisə onun fransalı nazirlə tanışlığıdır.
Hadisə Nərimanbəyovun Moskvada keçirilən sərgisindən sonra baş verib. Sözügedən tədbirə
möhtərəm qonaq kimi Fransanın ovaxtkı mədəniyyət naziri, yazıçı Andrey Malro da dəvət olunub.
Malro sərgi ilə tanışlığı zamanı rəssamın “Azərbaycan musiqiçiləri” əsərinin qarşısında dayanıb.
Təşkilatçılar nazirə əsərin müəllifi barədə məlumat veriblər, anasının fransız olduğunu deyiblər. Malro
təcili Bakıya gəlib, rəssamın emalatxanasını ziyarət edib. Bu xəbər SSRİ-də böyük maraqla qarşılanıb.
Fransız nazir Nərimanbəyovla görüşüb, daha sonra Xalq rəssamının yaradıcılığı barədə geniş resenziya
yazıb. Bundan sonra Avropanın bir sıra ölkəsində onun əsərlərindən ibarət kataloqlar nəşr olunmağa
başlayıb.
Ə. Nərimanbəyova deyib ki, atası Fransaya gələndə artıq məşhur idi: “Atamın medalları var idi,
hökumət tərəfindən təltif olunmuşdu. Dünyada sərgiləri keçirilirdi”.
Verilişdə, həmçinin, Nərimanbəyovun anadan olduğu vaxtdan ömrünün son gününə kimi yaşadıqları,
həyat və yaradıcılığı ilə bağlı maraqlı məqamlara toxunulub, ölümündən 1 ay sonra dəfn olunan
rəssamın ailə məhkəmələrinin səbəbi açıqlanıb.
Onun Azərbaycanla bağlı həyata keçməyən arzusu da “Yüz ilin adamları”nda dilə gətirilib.

30 yaşında Əməkdar, 33 yaşında Xalq rəssamı olmuş Toğrul Nərimanbəyovla bağlı sirli məqamlara
aydınlıq gətirilmiş “Yüz ilin adamları” verilişin tam versiyasına “YouTube”da baxa bilərsiniz.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]