Məmmədyarov rəqiblə sülh bağlasa da ... Rəcəbov ənənəsinə davam edib - İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarov rəqiblə sülh bağlasa da ... Rəcəbov ənənəsinə davam edib - İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarov rəqiblə sülh bağlasa da ...
Rəcəbov ənənəsinə davam edib

 

Həmyerlilərimiz Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da daxil olmaqla 10 zəka sahibinin iştirakı ilə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən və "Grand Chess Tour" şahmat seriyasının mərhələ yarışı olmaqla mükafat fondu 325 min dollar təşkil edən "Superbet Chess Classic" turnirində daha bir tura yekun vurulub. Sayca 8-ci olan bu növbəti turda hər iki təmsilçimiz rəqiblə xal bölgüsünə razılaşıb. Məmmədyarov hesabat turunda hollandiyalı Aniş Qiriylə, Rəcəbov isə ev sahiblərindən biri olan Konstantin Lupuleskuyla sülh bağlayıb. Bu xal itkisinə baxmayaraq, Məmmədyarov 5,5 xalla liderlik mövqeyində qalıb. Daha bir heç-heçə sayəsində aktivindəki xalların sayını 4-ə çatdıran Rəcəbovsa ortabablar sırasındakı yerini qoruyub. Dairəvi sistem üzrə keçirilən turnirə 9-cu turla yekun vurulacaq. Son turda həmyerlilərimizdən Məmmədyarov autsayderlərdən biri olan fransalı Maksim Vaşye-Laqravla, Rəcəbovsa erməni Aronyanla qarşılaşacaq. Hər iki şahmatçımız qara fiqurlarla oynayacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]