Rafiq Hüseynov da "Poland Open"də bürünc medal qazandı - İNTİQAM təqdim edir (AZpress.AZ)

Rafiq Hüseynov da "Poland Open"də bürünc medal qazandı - İNTİQAM təqdim edir (AZpress.AZ)

Rafiq Hüseynov da "Poland Open"də bürünc medal qazandı
İslam Abbasovsa 3-cülük uğrunda güləşəcək

 

Polşanın paytaxtı Varşavada güləş üzrə keçirilən "Poland Open" (Polşanın Açıq Çempionatı) turniri davam edir. Azərbaycan Güləş Federasiyasından aldığımız məlumata görə, yarışın 12 iyuna təsadüf edən beşinci günündə yunan-Roma güləşi üzrə mübarizəyə start verilib və həmin gün 82 kq-da çıxış edən təmsilçimiz Rafiq Hüseynov döşək üzərinə çıxıb. Debütdə danimarkalı rəqibinə qalib gələn həmyerlimiz yarımfinalda ukraynalı güləşçiyə minimal fərqlə məğlub olub. Hüseynov üçüncü yer uğrunda görüşdə Norveç idmançısına üstün gəlib. Elə ilk hissədəcə rəqibini "tuşe" ilə üstələyən Rafiq bürünc medal qazanıb.Hüseynovun iştirakı ilə keçirilən görüşlərin nəticəsi belədir:

 

1/4 final: Rafiq Hüseynov - Raybek Bisultanov (Danimarka) 4:1
1/2 final: Rafiq Hüseynov - Yaroslav Filçakov (Ukrayna) 3:4
Bürünc medal görüşü: Rafiq Hüseynov - Maqnus Qroenvik (Norveç) 9:0 (tuşe).

 

Yeri gəlmişkən, iyunun 13-də isə daha bir "klassikimiz" - İslam Abbasov sözügedən turnirdə mübarizəyə qatılıb. 1\8 finalda türkiyəli İbrahim Tiqçini (5:1) məğlub edən güləşçimiz 1\4-də iranlı Mehdi Balihamzedeyə uduzub - 5:8. Ardından təsəlliverici görüşdə danimarkalı Matiyas Bakanı udan (7:2) Abbasov bürünc medal uğrunda polşalı Xerard Kurniçakla güləşmək imkanı qazanıb. Görüş axsam saatlarında olacaq.
Xatırladaq ki, yarışın geridə qalan günlərində təmsilçilərimizdən Mariya Stadnik (55 kq) qızıl, Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq, hər ikisi sərbəst güləş) bürünc medal qazanıb. Bir məqamı da qted edək ki, reytinq xarakterli bu turnirdə hər çəkidə ilk 3 yeri tutan güləşçi müvafiq olaraq, 10 min isveçrə frankı (19 min AZN), 70.000 (təxminən 13 min AZN) və 3000 (5600 AZN) pul mükafatı qazanır.

 

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]