Azərbaycan Ordusunda yüngül atletika və gimnastika üzrə yarış keçirilib +FOTO=17

Azərbaycan Ordusunda yüngül atletika və gimnastika üzrə yarış keçirilib +FOTO=17

Azərbaycan Ordusunda yüngül atletika və gimnastika üzrə yarış keçirilib

 

Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq Azərbaycan Ordusunda yüngül atletika və gimnastika üzrə yarış keçirilib.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təşkil olunan yarışın açılış mərasimində əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edən polkovnik Sadiq Paşayev Müdafiə Nazirliyi rəhbərliyinin şəxsi heyətin fiziki hazırlığının yüksəldilməsinə daim diqqət yetirdiyini, yarışların keçirilməsində əsas məqsədin hərbi hissələrdə atletikanın daha da inkişaf etdirilməsinə yönəldiyini qeyd edib və idmançılara uğurlar arzulayıb.
Bildirilib ki, hərbi idmançılar döyüş hazırlığında göstərdikləri çevikliyi və peşəkarlığı ilə təkcə Azərbaycan Ordusunda keçirilən yarışlarda deyil, beynəlxalq yarışlarda da yüksək nailiyyətlər əldə edirlər.
On iki komanda üzrə 214 nəfər hərbi idmançının iştirak etdiyi yarışların yekununda qalib komanda və idmançılara kubok, medal və diplomlar təqdim edilib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]