Yol hərəkət iştirakçılarının təhlükəsizliyi: sürücü və sərnişin mədəniyyəti – Çıxışa doğru da MÜZAKİRƏ (+FOTO=4, +VİDEO)

“Yol hərəkət iştirakçılarının təhlükəsizliyi: sürücü və sərnişin mədəniyyəti” – “Çıxışa doğru”da MÜZAKİRƏ (+FOTO=4, +VİDEO)

“Yol hərəkət iştirakçılarının təhlükəsizliyi: sürücü və sərnişin mədəniyyəti” – “Çıxışa doğru”da MÜZAKİRƏ

 

Paytaxtın yollarında hərəkət iştirakçılarının təhlükəsizliyinin etibarlı təminatı, ləngimələri yaradan hallar üzrə müşahidə olunan xətaların aradan qaldırılması diqqət mərkəzindədir.

Hər bir hərəkət iştirakçısı təkcə qanun qadağaları ilə yox, həm də mənəvi məsuliyyətini aydın dərk etməlidir ki, dayanma, durma və parklanma qaydalarının pozulması, yollarda sıxlıq, tıxaclar və ləngimələr yaradır.

"Sürücü və piyadaların “tələsirəm, görmədim, bilmədim, xəstəm var, adam gözləyirəm – bir dəqiqəyə gəlir, uşaq məktəbdə qalıb, yolu tanımıram, dərman alıram”, - deyə-deyə dayanma, durma və parklanma qaydalarını pozması yollarda gündəlik vərdişə çevrilib. Başqa müşahidə olunan hallar da var. Məsələn, dayanma, durma və parklanma qaydalarını pozmaqla, nəqliyyat vasitəsini tərk edərkən mütləq avtomobilin salonunda “keşikçi-sərnişin” təyin edir. Bu keşikçinin məqsədi tərəfimizdən nəqliyyat vasitəsinin evakuasiya olunmasının qarşısını amaq, “bu dəqiqə gəlir” - deməkdən ibarət olur", - deyə mütəxəssislər bildirir...

AzTV-nin “Çıxışa doğru” verilişində “Yol hərəkət iştirakçılarının təhlükəsizliyi: sürücü və sərnişin mədəniyyəti” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – BNA yanında ictimai şuranın üzvü İmaməddin Quliyev, sürücü Ərəstun Səmədov, nəqliyyat ekspertləri Aqil Rəhimov və Rauf Ağamirzəyev mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]