Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin prezidenti seçkilərində iştirak edib - FOTO

Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin prezidenti seçkilərində iştirak edib - FOTO

 

 

Avropa Olimpiya Komitəsinin (AOK) iyunun 10-da Afinada keçirilən 50-ci Baş Assambleyasında Yunanıstanın Milli Olimpiya Komitəsinin prezidenti  Spiros Kapralos AOK-un prezidenti seçilib. O AOK tarixində 9-cu prezident olaraq növbəti 4 il ərzində öz səlahiyyətlərini icra edəcək.  MOK mətbuat xidmətinin məlumatlna görə, Azərbaycanı toplantıda Milli Olimpiya Komitəsinin nümayəndələri – MOK-un Baş katibinin müavini Azər Əliyev, Marketinq şöbəsinin müdiri Mehman Kərimov, Beynəlxalq şöbənin rəhbəri Anar Bağırov, eləcə də Avropa Gimnastika Federasiyasının prezidenti Fərid Qayıbov və Azərbaycanın Yunanıstandakı səfiri  Anar Hüseynov təmsil ediblər.


AOK-un Baş Assambleyasının toplantısında qurumun digər orqanlarına da seçkilər keçirilib. AOK-un baş katibi vəzifəsinə Rafael Paqnozzi (İtaliya), vitse-prezidenti vəzifəsinə isə Daina Gudzineviciute (Litva) seçilib. 2021-2025-ci illər üçün AOK İcraiyyə Komitəsinə isə Jan Mişel Brun (Fransa), Annamari Felps (Böyük Britaniya), Berit Kyoll (Norveç), Hasan Arat (Türkiyə), Corce Visatski (Serbiya), Viktoriya Kabezas (İspaniya), Xose Manuel Arauxo (Portuqaliya), Mixay Kovaliu (Rumıniya), Zlatko Matesa (Xorvatiya), Kristina Vasilianov (Moldova), Liney Halldorsdottir (İslandiya) və Uşi Şmitz (Almaniya) seçilib.


Azərbaycan Milli Olimpiya Komitəsi bütün seçilmiş idman funksionerlərini təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edir!

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]