Milli Azərbaycan Ədəbiyyatı muzeyində növbəti müdafiə keçirildi +FOTO=10

Milli Azərbaycan Ədəbiyyatı muzeyində növbəti müdafiə keçirildi +FOTO=10

Milli Azərbaycan Ədəbiyyatı muzeyində növbəti müdafiə keçirildi

 

İyunun 8-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində 1.31 qeydiyyat nömrəli Dissertasiya Şurasında növbəti müdafiə keçirildi.
Rəhbəri olduğum Təbəssüm Muxtarova "Müasir detektiv janrında qəhrəmanın mənəvi aləminin təsviri (Çingiz Abdullayevin yaradıcılığı əsasında)" mövzusunda filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi.
Mənimçün ikiqat xoş gün oldu. Həm daha bir dissertantım rəsmən alimlər cərgəsinə qoşulmaq üçün həlledici addımını atdı, həm də dəyərli bir dostumun yaradıcılığına həsr edilən daha bir elmi əsər yarandı.
Müdafiə mərasimində görkəmli yazıçımız Çingiz Abdullayev da iştirak edirdi və çıxışı ilə bu elmi məclisə xüsusi bir rəng qatdı.
İddiaçının rəhbəri olduğumdan Dissertasiya Şurasının iclasına mən sədrlik edə bilməzdim. Bu missiyanı layiqincə yerinə yetirmiş professor Rəhilə xanım Qeybullayevaya, Şuramızın bütün üzvlərinə, müdafiə prosesinin səliqə-sahmanla, Təlimatın şərtlərinə uyğun təşkilindəki səylərinə görə İlhamə Gültəkin və Kəmalə Nuriyevaya bir daha təşəkkürümü yetirirəm.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]