Faiq İsmayılov: Rus sülhməramlılarının nəzarətində olan Amaras monastrı təmir edilir

Faiq İsmayılov: Rus sülhməramlılarının nəzarətində olan Amaras monastrı təmir edilir

Rus sülhməramlılarının nəzarətində olan Amaras monastrı təmir edilir.

 

 

Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki memarlıq abidələrinin bir qisminin öz orginal görkəminin dəyişdirilib erməniləşdirilməsinə edilən cəhdlər keçmiş Hadrud indiki Xocavənd rayonunun Sos kəndindəki Amaras monastrınada aiddir.

İşğal dövrü kifayət qədər zərər görən bu abidə üzərində vandalizm fəaliyyəti işğaldan sonrada davam etdirilir. Qarabağın seperatçı qurumu öz “mövcud”luqlarının hələ də yaşadığını nümayiş etdirmək üçün bu kimi riyakar fəaliyyətlə məşğul olurlar. Diqqətə çatdırmaq yerinə düşərdiki, abidələr üzərində bərpa və digər yenidənqurma işlərinin aparılması bölgədə rus sülhməramlı qüvvələrinin səlahiyyətlərinə aid deyildir.

Monastır Qafqaz Albaniyasında erkən xristianlıq dövründən, Alban Həvari Kilsəsinin ləğv edilməsinə qədər ziyarət edilmiş ən müqəddəs məbədlərdən biridir. Bu monastrın özəlliyi ondan ibarət olmuşdur ki, yerləşdiyi ərazinin həm xristian, həm də müsəlman əhalisi tərəfindən müqəddəs hesab edilmişdir. Həmçinin Amaras ərazisi xristianlığın yayılmasından əvvəl də böyük dini mərkəz olmuşdur. Bu faktı ərazidə arxeoloji tədqiqatlar zamanı əldə edilmiş artefaktlar və bizim eranın I əsrinə aid məbəd qalıqları sübut edir.

 

Məbədin planı, IV əsrə aid qədim məbədin planını kiçik əlavələrlə təkrar edən X əsrə aid məbədin xüsusiyyətlərini saxlamışdır.
Belə olduğu halda, arxeoloji tədqiqatların nəticələri IV əsrdə Amarasda, Qafqaz Albaniyası ərazisində erkən xristianlıq dövrünə aid ən qədim üçnefli bazilikanın mövcudluğunu qeyd etməyə imkan verir. Lakin 2020-2021-ciillərdə ermənilər, təmir etmək bəhanəsi ilə abidə üzərində apardıqları dəyişiklik, abidəyə çox ciddi şəkildə zərər vurur.


 

   Abidənin daxili giriş qapısı abidəyə xas olmayan üslubda təmir edilir.

 

 

   Giriş qapısı təmir edilərək belə bərbad vəziyyətə salındı

 

 


  Halbuki giriş qapısının və ya qapılarının ümumi forması bundan fərqli olmamalı idi.

 

   Təmirdən sonra abidənin üzərinə erməni dilində abidənin tarixini saxtalaşdıran belə bir lövhə       yerləşdirildi.

 

Amaras monastrı üzərində işğal dövrü başlanan qeyri-qanuni təmir işləri işğaldan sonra da rus sülhməramlılarının nəzarəti altında davam etdirilir. Halbuki bu fəaliyyətin heç bir hüquqi əsası yoxdur.

Ermənilər, özlərinin ərazi iddialarına haqq qazandırmaq üçün məqsədli şəkildə işğal altında saxladıqları Azərbaycan ərazilərdə Alban abidələrini mənimsəmək məqsədi ilə, Alban memarlığının milli mənsubiyyətini dəyişdirirlər. Bu da öz növbəsində tarixin saxtalaşdırılmasına beynəlxalq konvensiyaların tələbindən irəli gələn müddəalarının pozulmasına səbəb olur.

 

Faiq İsmayılov

AMEA A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]