Saxta əlilliyin qarşısını necə almalı? - Çıxışa doğru da MÜZAKİRƏ (+FOTO=6, +VİDEO)

“Saxta əlilliyin qarşısını necə almalı?”- “Çıxışa doğru”da MÜZAKİRƏ (+FOTO=6, +VİDEO)

 “Saxta əlilliyin qarşısını necə almalı?”- “Çıxışa doğru”da MÜZAKİRƏ

 

Əsassız, saxta əlillik təyinatının aşkar edilərək ləğv olunması, əlillik təyinatlarının tam şəffaflaşdırılması sosial ədalətliliyin də vacib şərtidir və bu istiqamətdə işlər davam etdirilir.

Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli qərarı ilə ölkə üzrə qüvvədə olan müddətli əlillik işləri hər hansı yoxlama olmadan, müayinələr aparılmadan avtomatik olaraq 5 il müddətinə uzadılıb. Bu qərar 190 min şəxsi əhatə edib. Bu zaman həqiqi əlilliyi olan şəxslərlə yanaşı artıq sağalmış və ya reabilitasiya olunmuş, habelə saxta yollarla əlillik əldə etmiş minlərlə şəxsin də əlillik müddəti uzadılıb. Hazırda əlillik müddətləri bitən şəxslərin əlilliyinin yenidən qiymətləndirilməsi işləri aparılır və bu sahədə ən vacib prinsip əlillik dərəcələrinin həqiqətən əlilliyi olanlara təyin olunması, saxta əlilliyin isə aşkar edilərək ləğv edilməsidir.

AzTV-nin “Çıxışa doğru” verilişində “Saxta əlilliyin qarşısını necə almalı?” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya agentliyinin (DTSERA) Tibbi Sosial ekspertiza xidmətinin təşkili departamentinin mudir müavini İlkin Yusifov, hərbi ekspert Ədalət Verdiyev, Qarabağ qazisi Ceyhun Ağayev və "İnformasiya Təşəbbüslərinə Dəstək" İB-nin sədri Cəsarət Hüseynzadə mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]