Azərbaycan yığması bir bürüncəl DÇ-da 7-cidir - İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan yığması bir bürüncəl DÇ-da 7-cidir - İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan yığması bir bürüncəl DÇ-da 7-cidir

 

İki gün öncə Macarıstanın paytaxtı Budapeştdə startı verilən və Azərbaycan cüdoçularının da qatıldığı dünya çempionatı davam edir. Mundiala 3-ü qadın olmaqla, 12 cüdoçu ilə qatılan yığmamızın üzvlərindən 7-si artıq çıxışını başa vurub. Start günü kişilərdən Kəramət Hüseynov və Davud Məmmədsoy (hər ikisi 60 kq), qadınlardansa Ayişə Qurbanlı və Leyla Əliyeva (hər ikisi 48 kq), ikinci gündə isə Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq) və Gültac Məmmədəliyeva (52 kq) tatamiyə çıxıb ki, onlardan da yalnız biri - Kəramət Hüseynov uğurla çıxış edərək adını mükafatçılar sırasına yazdıra bilib. Xatırladaq ki, ilk 3 görüşünü qələbə ilə başa vurduqdan sonra 1\4 finalda uduzan Hüseynob bunun ardından birinci təsəlliverici görüşü və bürünc medal uğrunda qarşılaşmanı qələbə ilə bitirib. Mundialda 3-cü yeri tutmaq cüdoçumuzun işinə çox yarayıb. Belə ki, mundiala qədər 2240 xalla reytinq cədvəlində 28-ci yeri tutan Hüseynov artıq demək olar ki, praktiki olaraq, Tokio Olimpiadasına lisenziyanı özünə təmin edib. Çünki, Kəramət bu uğurlu çıxışdan sonra İJF-nin reytinq cədvəlində mövqeyini bir qədər də yaxşılaşdıracaq. Yeri gəlmişkən, Hüseynovun qazandığı bürünc medal sayəsində Azərbaycan yığması ilk iki gündən sonra medal qazanan ölkələr arasında 7-cidir. .Mundialın birinci günü onunla eyni çəkidə tatamiyə çıxan Davud Məmmədsoy, eləcə də qadın təmsilçilərimiz - Qurbanlı və Əliyeva start görüşündəcə məğlubiyyətlə üzləşərək, mübarizəni erkən dayandırıb. DÇ-nin ikinci günü mübarizəyə qatılan cüdoçularımızadan isə yalnız biri - Orxan Səfərov (66 kq) nisbətən yaxşı çıxış edib. Bürünc medal uğrunda görüçdə büdrəyən Səfərov mundialın 5-cisi olub. Onunla eyni çəkidə mübarizə aparan Nicat Şıxəlizadə isə birinci görüşdəcə uduzub. Xatırladaq ki, mundialda 5-ci olmaq Səfərovun da işinə yarayıb. Beləki, mundial öncəsi 2954 xalla reytinq cədvəlində 20-ci olan Səfərov mövqeyini bir qədər də yaxşılaşdırmaq və lisenziya qazanmaq şansını maksimuma çatdırıb. Ondan fərqli olaraq, mundiala qədər 2882 xalla 21-ci olan Şıxəlizadə isə lisenziya qazanmaq üçün az olan şansını tamam itirib. İkinci gün tatamiyə çıxan qadın cüdoçumuz - Gültac Məmmədəliyeva (52 kq) ikinci qarşılaşmada büdrəyib.
Bu gün isə cəkisi 73 kq olan çücoçularımız - Hidayət Heydərovla Nurlan Osmanov mübarizəyə qatılıb.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]