Səbinə Xasayeva: Ermənistan bu cinayətə görə də cavab verməlidir!

Səbinə Xasayeva: Ermənistan bu cinayətə görə də cavab verməlidir!

ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin, BMT Təhlükəsizlik Şurasının həll edə bilmədiyi münaqişəni Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu həll etdi. Vətən müharibəsində ordumuz Ermənistanın illərlə möhkəmləndirdiyi müdafiə sədlərini, qurğularını, mü-dafiə sistemini dağıtdı, işğalçı ordusunu darmadağın etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi fikir – “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir. Başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq” – hamımızın bu müharibənin içtirakçısı olduğumuzu təsdiqləyir.

 


Ermənistan məğlub oldu. Dünya ictimaiyyəti gördü ki, vətənpərvərlik işğalı diz çökdürür. Dünya ictimaiyyəti onu da gördü ki, “Zülmün topu var, gülləsi var, qələsi varsa, Haqqın da bükülməz qolu, dönməz üzü vardır”.


Ermənistan məğlub oldu, ancaq erməniliyin izləri torpaqlarımızdan hələ tamamilə təmizlənməyib. İyunun 5-də Kəlbəcərin Susuzluq kəndində xidməti vəzifəsini yerinə yetirərkən iki jurnalistimiz mina partlaması nəticəsində şəhid oldu: Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov. Dünya ictimaiyyəti məğlub Ermənistanın bəşəriyyətə düşmənçiliyini ciddi pisləməli deyilmi? Beynəlxalq jurnalistika bu faciəyə görə Ermənistanı ciddi qınamalıdır. Niyə qınamır?


Azərbaycan ictimaiyyəti Azərbaycan jurnalistikasının mənəvi dayağıdır.


Azərbaycan ictimaiyyəti bu şəhidliyə görə də Ermənistan dövlətindən cavab tələb edir. Həm də cox ciddi! Qalib dövlətin adından tələb edir!
 


Səbinə Xasayeva
Milli Məclisin deputatı


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]