Niyə dəfndən sonra məzarın üzərinə su tökürlər?- İNANILMAZ

Niyə dəfndən sonra məzarın üzərinə su tökürlər?- İNANILMAZ

Niyə dəfndən sonra məzarın üzərinə su tökürlər?- İNANILMAZ

 

 

Niyə dəfndən sonra məzarın üzərinə su tökürlər?İmam Cəfər Sadiqdən (ə) rəvayət edilmiş hədisə əsasən, ölünün qəbrinin torpağı qurumayınca, onun qəbir əzabı təxirə salınar. Xüsusilə, dəfn gecəsində qəbir əzabının və sorğunun çox şiddətli olması məlumdur. Buna görə dəfndən sonra məzarın üzərinə su səpir, həmin gecə vəhşət namazı qılırlar. Bu, müstəhəb əməldir, vacib deyil.

Su tökərkən qəbrin baş tərəfindən başlayırlar və ayaq tərəfə davam etdirirlər, yenə baş tərəfə qayıdıb dövrəni tamam edirlər. Dəfndən sonrakı 40 gün ərzində hər gün bunu etmək müstəhəb sayılır. Adətən, məzarın üzərinə su səpdikdən sonra orada iştirak edənlər əl barmaqlarını məzarın torpağına batırıb 7 dəfə Qədr surəsi oxuyur və ölünün ruhuna rəhmət deyirlər. İslam.az

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]