"Onlar ermənilərin xalqımıza qarşı törətdiyi vəhşilikləri sənədləşdirirdilər"

"Onlar ermənilərin xalqımıza qarşı törətdiyi vəhşilikləri sənədləşdirirdilər"

 "Onlar ermənilərin xalqımıza qarşı törətdiyi vəhşilikləri sənədləşdirirdilər"

 

 

"Kəlbəcərdə həlak olan jurnalistlərin topladıqları materiallar Azərbaycan xalqına yüzilliklər boyu lazım ola bilər. Bu, bizim xalqımızın salnaməsidir. Onlar çox gərəkli iş görürdülər, azad olunmuş əraziləri qarış-qarış gəzərək erməni vandallarının törətdikləri dağıntıları, cinayətləri sənədləşdirirdilər"

 

Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək həlak olan Azərtac-ın müxbiri Məhərrəm İbrahimovla vida mərasimində söyləyib.

 

Şəhid jurnalistlərə Allahdan rəhmət diləyən Hikmət Hacıyev deyib: “Mən Prezident İlham Əliyevin tapşırığına əsasən buradayam. İlk növbədə cənab Prezidentin, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın adından mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

 

Həlak olan jurnalistlər xidməti vəzifələrini yerinə yetirərkən mənfur ermənilər tərəfindən qoyulmuş minanın qurbanı olublar. Onların gördüyü işlərin böyük dəyəri var. Onlar bütün kəndlərimizi, şəhərlərimizi addım-addım gəzərək ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri sənədləşdirirdilər. Bu iş çox dəyərlidir, bu gün üçün də, yüzilliklər sonra da vacibdir. Azərtac tərəfindən, Azərbaycan Televiziyası tərəfindən ezamiyyəti dəyişdirmək barədə müraciətin olmasına baxmayaraq onlar geri dönmək istəmirdilər. Bu işi böyük əzmlə, fədakarlıqla, həvəslə yerinə yetirirdilər. Təəssüf ki, mənfur ermənilər tərəfindən xaincəsinə basdırılmış minanın qurbanı oldular. Bu, eyni zamanda, Azərbaycan jurnalistikası və mediası üçün böyük itkidir”.

 

Prezidentin köməkçisi qeyd edib ki, müharibə dövründə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan əsgərləri ilə çiyin-çiyinə Azərbaycan jurnalistlərinin, Azərbaycan mediasının da rəşadətinin şahidi olduq.

 

“Onlar ön cəbhədə idilər. Ermənilərin vəhşiliyini əks etdirən foto və videoları bütün dünya ictimaiyyətinə çatdırırdılar. Kəlbəcərdə həlak olan qardaşlarımızın gördüyü iş də bu gərəkli fəaliyyətin tərkib hissəsi idi. Faciə ilə bağlı bütün beynəlxalq təşkilatlara müraciət olunub, bu vəhşilik dünya ictimaiyyəti tərəfindən qınanmalıdır”, - deyə Hikmət Hacıyev vurğulayıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]