"Ermənistandakı doğma ocaqlarımıza qayıtmaq hüququmuzu tələb edirik" - BƏYANAT

"Ermənistandakı doğma ocaqlarımıza qayıtmaq hüququmuzu tələb edirik" - BƏYANAT

"Ermənistandakı doğma ocaqlarımıza qayıtmaq hüququmuzu tələb edirik" - Bəyanat

 

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması Kəlbəcər faciəsi ilə bağlı bəyanat yayıb.

 

Bəyanatda deyilir:

 

"İyunun 4-də saat 11 radələrində Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən iki nəfər jurnalist olmaqla üç nəfər vətəndaşımız tank əleyhinə minaya düşüərək həlak olmuş, dörd nəfər vətəndaşımız yaralanmışdır.

 

Bu, xalqımıza qarşı erməni cinayətlərinin növbəti həlqəsidir. Bu, bir daha sübut edir ki, 10 noyabr bəyannaməsindən sonra Azərbaycan Ermənistana və ermənilərə qarşı nə qədər humanist davransa da, Ermənistanla və ermənilərlə münasibətləri dinc məcraya yönəltmək üçün nə qədər cəhdlər göstərsə də, ermənilər öz düşmənçiliklərindən zərrə qədər geri durmayıblar! Heç şübhəsiz, bu cinayətdə Ermənistan dövləti birbaşa məsuldur və bu cinayətkar dövləti müdafiə etməklə onun cinayət əməllərinə rəvac verən dövlətlər də eyni dərəcədə məsuliyyət daşıyırlar.

 

Son 200 ildə xalqımıza qarşı törətdikləri bütün qanlı qırğınlara, deportasiya və soyqırımlara baxmayaraq, kəndlərimizi, şəhərlərimizi vəhşicəsinə yer üzündən silmələrinə rəğmən, 44 günlük müharibədən sonra biz ermənilərə Laçın dəhlizini açdıq, Xankəndiyə və ətraf yaşayış məntəqələrinə köçüb gəlmək, hətta burada yaşamaq üçün şans verdik, öz murdar vücudları ilə bizim tarixi alban abidələrimizə gəlib-getmək şəraiti yaratdıq, Zəngəzur dəhlizindən istifadə etmək, bu dəhliz vasitəsilə Rusiya və İrana birbaşa çıxış əldə etmək imkanı təklif etdik, amma ermənilərin Azərbaycana qarşı bir-birinin ardınca təkrarlanan diversiya hərəkətləri, minalanmış ərazilərin xəritələrinin Azərbaycan tərəfinə verilməməsi, əksinə, sərhədlərimizi keçərək ərazilərimizi minalamaqda davam etmələri, sübut etdi ki, onlar heç vaxt öz vəhşi əməllərindən əl çəkməyiblər və əl çəkmək fikrində də deyillər, üstəlik, yenidən silahlanırlar, yenidən müharibəyə hazırlaşır, müharibə çağırışları edirlər.

 

Bütün bunlar Azərbaycanı Ermənistanla, ona dəstək verməkdə davam edən dövlətlərlə gələcək münasibətlərinə yenidən baxmaq məcburiyyəti qarşısında qoyur.

 

1988-1991-ci illərdə Ermənistandakı ata-baba yurdlarından qovulmuş 300 min qaçqın azərbaycanlı adından bəyan edirik ki, artıq bizim də səbr kasamız daşmışdır, biz də Ermənistandakı doğma ocaqlarımıza qayıtmaq hüququmuzu tələb edirik. Ermənilərin Azərbaycanda yaşamaq hüququ tanınırsa, Ermənistandan qovulan biz azərbaycanlı qaçqınların da Ermənistanda yaşamaq hüququmuz tanınmalıdır. 30 il ərzində erməniləri birtərəfli şəkildə və ədalətsizcəsinə müdafiə edən dövlətlər və beynəlxalq təşkilatlar öz ikiüzlü siyasətlərinə son qoymalı, Ermənistandan qovulan azərbaycanlı qaçqınların Zəngəzur, Dərələyəz və Göyçə kimi tarixi mahallarımıza qayıtmalarını təmin etməlidirlər!"

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]